Bakıda Azərbaycan, Türkiyə və
Türkmənistan xarici
işlər nazirlərinin birinci
üçtərəfli görüşü
keçirilmişdir
Mayın
26-da Bakıda Azərbaycan Respublikasının xarici işlər
naziri Elmar Məmmədyarovun, Türkiyə
Respublikasının xarici işlər naziri Əhməd
Davudoğlunun və Türkmənistanın xarici işlər
naziri Rəşid Meredovun birinci üçtərəfli
görüşü keçirilmişdir.
AzərTAc
xəbər verir ki, əvvəlcə ikitərəfli
görüşlər keçirən nazirlər sonra
danışıqları üçtərəfli formatda davam
etdirmişlər.
Üçtərəfli
görüşün yekununda Bakı Bəyannaməsi qəbul
olunmuşdur.
Növbəti
görüşün bu ilin ortalarında Türkmənistanın
paytaxtı Aşqabad şəhərində keçiriləcəyi
barədə razılıq əldə edilmişdir.
Sonra
nazirlər mətbuata bəyanatlarla çıxış
etmişlər.
Elmar
Məmmədyarov demişdir ki, görüşdə Azərbaycan,
Türkiyə və Türkmənistan arasında bir çox
istiqamətlərdə, o cümlədən nəqliyyat,
enerji, mədəniyyət, turizm, idman sahələrində əməkdaşlığın
daha da genişləndirilməsi, müxtəlif layihələrin
həyata keçirilməsi barədə fikir mübadiləsi
aparılmışdır. Bildirilmişdir ki, Aşqabaddakı
növbəti görüşdən əvvəl keçiriləcək
iclasda qeyd edilən sahələrdə əməkdaşlığın
genişləndirilməsi məsələləri müzakirə
olunacaqdır. İstiqamət artıq bəllidir. Bu layihələr
üzərində işimizi quracağıq. E.Məmmədyarov
yalnız xarici işlər nazirləri səviyyəsində
deyil, əməkdaşlığın göstərilən sahələrinə
məsul olan nazirliklərin rəhbərlərinin də
görüşlərinin keçirilməsi barədə
razılığa gəlindiyini vurğulamışdır.
Türkiyənin
xarici işlər naziri Əhməd Davudoğlu 28 may –
Respublika Günü münasibətilə Azərbaycan
xalqını təbrik etmişdir.
O,
Soma fəlakəti zamanı göstərilən yardıma
görə Azərbaycan və Türkmənistan prezidentlərinə
minnətdarlığını bildirmişdir. İldə iki
dəfə nazirlərin üçtərəfli
görüşlərinin keçiriləcəyi barədə
razılığa gəlindiyini söyləyən
Ə.Davudoğlu aparılan müzakirələrin səmərəli
nəticələr verəcəyinə əminliyini
bildirmişdir. O demişdir: “Biz, həmçinin beynəlxalq
sülhə töhfələr verməyi
düşünürük”.
Türkmənistanın
xarici işlər naziri Rəşid Meredov Bakıya dəvət
və yüksək səviyyəli görüş
üçün təşəkkürünü
bildirmişdir. O, Azərbaycan, Türkmənistan və
Türkiyə arasında əməkdaşlığın
Asiya ilə Avropa arasında əlaqələrin
inkişafı baxımından önəmini qeyd etmişdir.
Bildirmişdir ki, görüşdə ikitərəfli və
üçtərəfli əlaqələrin aktual məsələləri,
gələcək əməkdaşlığın vacib istiqamətləri
müzakirə edilmişdir. Nazir demişdir ki, ölkələrimizin
ortaq tarixi, mədəni kökləri vardır ki, bu da hər
üç dövlət arasında əməkdaşlığın
daha da möhkəmlənməsinə zəmin yaradır.
Azərbaycan.-2014.- 27 may.- S.3.