Heydər Əliyev Mərkəzində məşhur
fransız fotoqrafı
Anri Kartye-Bressonun fərdi
sərgisi açılmışdır
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış
olmuşdur
Mayın 26-da Heydər Əliyev Mərkəzində XX əsrin görkəmli fransız fotoqrafı Anri Kartye-Bressonun “Paris” adlı fərdi sərgisi açılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində “Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya və Arzu Əliyevaya minnətdarlığını bildirmiş, bu sərginin nadir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində təşkilindən şərəf duyduğunu söyləmişdir.
Bildirilmişdir ki, Anri Kartye-Bresson 1908-ci ildə Fransanın Şantelup şəhərində doğulmuşdur. Onu fotojurnalistikanın sütunu adlandırırlar. Məşhur fotoqraf rəssamlıqla da məşğul olmuşdur. O, fotoqrafiyada zamanın və “həlledici an”ın roluna böyük əhəmiyyət vermişdir.
“Magnum photos” agentliyinin yaradıcılarından olan Anri Kartye-Bresson sadə insanlarla yanaşı, XX əsrin ən mühüm hadisələrini və bir çox məşhurların - İren və Frederik Jolio-Kürilər, Anri Matiss, Alber Kamyu, Pol Valeri, Vilyam Folkner, Trimen Kapote, Xoan Miro, Merilin Manro, Koko Şanel, Jan Pol Sartr və digərlərinin fotolarını lentə almışdır.
Fotoqraf deyirdi ki, planlaşdırılmış və ya səhnələşdirilmiş fotoqrafiyanın mənə heç bir aidiyyəti yoxdur. “Əgər hər hansı bir qərar verirəmsə, bu, yalnız daxili psixoloji sifarişdir. Əvvəlcədən razılaşdırılmış və ya təşkil olunmuş fotolar da olur”, – deyən Anri Kartye-Bresson onu da bildirirdi ki, fotoaparat mənim üçün qeyd dəftərçəsi, intuisiya, alət, anın sahibi –vizual baxımdan eyni vaxtda sual qoyan və qərar verəndir. Fotoqraf əmin idi ki, dünyanı ifadə etmək üçün obyektiv vasitəsilə görünən kadrlara aludə olmaq lazımdır. Bu, konsentrasiya, ağıl və həssaslıq, eləcə də geometrik duyğu tələb edir.
Anri Kartye-Bresson
2004-cü ildə vəfat
etmişdir. Hazırda onun əsərləri
dünyanın bir çox muzeylərinin kolleksiyalarında saxlanılır.
“Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani vurğulamışdır
ki, sərgi Parisin son 70 illik tarixinə səyahətdir. Burada nümayiş
olunan əsərləri
izləyənlər sanki
Fransanın paytaxtına
gəzintiyə çıxacaqlar.
Sərgi
həm də Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da genişləndiyini nümayiş etdirir.
Klemen Sakkomani fotoqrafın 40 il bundan
əvvəl Azərbaycan
ilə daha yaxından tanış olmaq məqsədilə ölkəmizə gəldiyini,
bu ecazkar məkanı fotoaparatı
vasitəsilə yaddaşında
saxladığını söyləmişdir.
Diqqətə çatdırmışdır ki, bu gün
bizim Azərbaycanda olmağımız Anri Kartye-Bressonun iradəsindən
irəli gəlir.
Həmçinin agentlik “YARAT!” Müasir İncəsənət Məkanının
gənc fotoqrafları
ilə birgə işləmək niyyətindədir.
Bundan əlavə, agentlik 2015-ci
ildə Bakıda keçiriləcək ilk Avropa
Oyunlarına hazırlıq
işlərini fotoşəkillər
vasitəsilə dünyaya
çatdırmaq arzusundadır.
Sonra mərasim
iştirakçıları sərgiyə baxmışlar. Sərgidə müəllifin müxtəlif
illərdə və fərqli mövzularda lentə aldığı
80-dən çox əsəri
nümayiş olunur.
Bu əsərlər müəllifin daim mövzuya və öz yaradıcılığına
yüksək hörmət
hissi ilə yanaşdığını bir
daha təsdiqləyir.
Sərgidə “Magnum photos” agentliyinin direktoru Klemen Sakkomani Anri Kartye-Bressonun fotoalbomunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təqdim etmişdir.
Sərgi iyulun 27-dək davam edəcəkdir.
Azərbaycan.-2014.-
27 may.- S.7.