2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət mükafatlarının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları aşağıdakı şəxslərə verilsin:

 

Elm sahəsi üzrə

Tofiq Murtuza oğlu Nağıyev - "Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları" (ingilis dilində, Amsterdam) monoqrafiyasına görə

 

Mədəniyyət sahəsi üzrə

Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə - Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə

Ramiz Eyyub oğlu Quliyev - konsert-ifaçılıq fəaliyyətinə görə

 

Ədəbiyyat sahəsi üzrə

Elmira Hüseyn qızı Axundova - "Heydər Əliyev. Şəxsiyyət və zaman" altı cildlik sənədli-bioqrafik kitabına görə.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 27 may 2014-cü il

Azərbaycan.-2014.-  28 may.- S.3.