Azərbaycanın üç filmi beynəlxalq festivalda mükafata layiq görülmüşdür

 

Polşanın paytaxtı Varşava şəhərində IX "FilmAT Film, Art & Tourism" festivalı keçirilmişdir.

Mədəniyyət Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, turizm şöbəsinin sektor müdiri Vüqar Şıxəmmədov "Azanfilm" studiyasının direktoru Fariz Əhmədovdan ibarət Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi festivalda üç filmimiz mükafata layiq görülmüşdür.

Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, "Welcome to Azerbaijan" filmi ölkələri təmsil edən çarxlar kateqoriyasında ikinci, "Naftalan" filmi ən yaxşı reklam çarxı nominasiyasında birinci, "Azərbaycan - Odlar Yurdu" filmi isə təbiət mənzərələrini tərənnüm edən ən yaxşı film kateqoriyasında birinci mükafatı qazanmışlar.

Bundan əlavə, Bakı Beynəlxalq turizm filmləri festivalının icraçı direktoru, "FilmAT Film, Art & Tourizm" festivalının münsiflər heyətinin üzvü Fariz Əhmədov xüsusi diplomla təltif olunmuşdur.

 

Azərbaycan.-2014.- 28 may.- S.10.