Azərbaycan Respublikasıının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident,

28 May - Respublika Günü münasibətilə Zati-aliniziqardaş Azərbaycan xalqını TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, sülh, tərəqqi və əmin-amanlıq diləyirəm.

Dəstəyini, diqqət və qayğısını daim hiss etdiyimiz Zati-alinizin müdrik rəhbərliyi sayəsində Azərbaycan Respublikası bütün sahələrdə inkişaf edərək dünyanın siyasi və mədəni həyatında özünəməxsus dəst-xətti ilə yeni uğurlar qazanmaqdadır.

Əminəm ki, zəngin Azərbaycan mədəniyyəti və incəsənəti bundan sonra da TÜRKSOY tərəfindən təşkil olunacaq mötəbər beynəlxalq tədbirlərdə ümumtürk mədəniyyətini layiqincə təmsil edəcək və dünya mədəniyyətinin inkişafına töhfələrini verəcəkdir.

Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını bu duyğularla bir daha təbrik edir, möhkəm cansağlığı arzulayır, ən dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Düsen Kaseinov

TÜRKSOY-un baş katibi

Azərbaycan.-2014.- 27 may.- S.3.