Azərbaycan Respublikasıının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupu adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik etməkdən şərəf duyuram.

Bu xoş fürsətdən istifadə edərək, İslam İnkişaf Bankı Qrupunun üzv dövlətlər arasında davamlı tərəqqi üçün əməkdaşlıq ruhunu təşviq etmək yönündəki səylərinə Azərbaycanın verdiyi dəyərli dəstəkdən qürur hissi keçirdiyimi bildirmək istəyirəm.

Zati-alinizi əmin etmək istəyirəm ki, İslam İnkişaf Bankı Qrupu Azərbaycanın sosial-iqtisadi inkişafına və quruma üzv ölkələrlə əməkdaşlığı gücləndirməyə dəstəyini davam etdirəcəkdir.

Möhtərəm Prezident, Sizə ən yüksək ehtiramımı çatdırıram.

Dərin hörmətlə,

 

Əhməd Məhəmməd Əli

İslam İnkişaf Bankı Qrupunun prezidenti

Azərbaycan.-2014.- 27 may.- S.3.