Azərbaycan Respublikasıının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Milli bayram - Respublika Günü münasibətilə Avstraliya hökuməti və xalqı ilə birlikdə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırıram.

Azərbaycan ilə Avstraliya arasındakı münasibətlərin davamlı inkişafını vurğulamaqdan məmnunluq hissi keçirirəm. Kanberra şəhərində Azərbaycan səfirliyinin açılması ikitərəfli münasibətlərimizi, xalqlarımızın əlaqələrinin genişlənməsini və ölkələrimiz arasında ticari əməkdaşlığın inkişafını möhkəmləndirmişdir.

Avstraliya 2013-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan ilə birgə işləməkdən məmnun olmuşdur. Təhlükəsizlik Şurasındakı mandatımızın 2014-cü ildə qalan müddətində Avstraliya qarşılıqlı maraq doğuran məsələlərdə, beynəlxalq sülhün və təhlükəsizliyin təşviqində Azərbaycan ilə birlikdə çalışmağa davam edəcəkdir.

Avstraliyanın terrorla mübarizə üzrə səfiri Bil Fişerin 2013-cü ilin sentyabrında Bakıya səfəri təhlükəsizlik məsələləri sahəsində Azərbaycan ilə əməkdaşlığa olan marağımızın göstəricisidir.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri növbəti ildə də inkişaf edəcəkdir.

Hörmətlə,

 

Piter Kosqroyv

Avstraliya İttifaqının General-Qubernatoru

Azərbaycan.-2014.- 28 may.- S.4.