Azərbaycan
Respublikasıının Prezidenti zati-aliləri cənab
İlham Əliyevə
Hörmətli
İlham Heydər oğlu,
Azərbaycanın
milli bayramı – Respublika Günü münasibətilə Sizi
və qardaş Azərbaycan xalqını Tacikistan
Respublikasının hökuməti, xalqı adından və
şəxsən öz adımdan səmimi qəlbdən təbrik
edirəm.
Ölkələrimiz
arasında son illərdə dinamik inkişaf edən
çoxşaxəli qarşılıqlı əlaqələrin
səviyyəsini Tacikistanda yüksək qiymətləndirirlər.
Biz
bundan sonra da Azərbaycan ilə sıx əməkdaşlıq
etmək və bu istəyimizi müasir dövrün tələblərinə
cavab verən yeni məzmunla zənginləşdirmək əzmindəyik.
Əminəm
ki, Sizin Tacikistana nəzərdə tutulan rəsmi səfəriniz
ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın
inkişafına və möhkəmlənməsinə yeni təkan
verəcəkdir. Sizi əmin etmək istəyirəm ki,
Tacikistan bu nəcib məqsədlərə nail olmaq
üçün əlindən gələni edəcəkdir.
Hörmətli
İlham Heydər oğlu, bu əlamətdar gündə
fürsətdən istifadə edərək Sizə möhkəm
cansağlığı, xoşbəxtlik və uğurlar,
qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
Emoməli Rəhmon
Tacikistan Respublikasının Prezidenti
Azərbaycan.-2014.-
28 may.- S.4.