Neftçala Rayon İcra Hakimiyyətinin yeni
inzibati binası istifadəyə verilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin Neftçala rayonuna səfəri
Mayın
28-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Neftçala Rayon İcra Hakimiyyətinin yeni inzibati
binasının açılışında iştirak
etmişdir.
Son
illərdə Azərbaycanın bütün bölgələri
sürətlə inkişaf edir, gözəlləşir,
müasirləşir. Prezident İlham Əliyevin Sərəncam
və tapşırıqları əsasında regionlarda həyata
keçirilən quruculuq işləri hər bir bölgənin
inkişaf strategiyasına uyğun aparılır. Yeni tikilən
binalar bölgələrin simasına müasir çalarlar
qatır. İndi bütün regionlarda səngiməyən
abadlıq-quruculuq işləri ölkəmizin kompleks
inkişafını təmin edir.
Bu
sırada son illərdə Neftçala rayonunda görülən
işlər də diqqəti cəlb edir. Rayon icra hakimiyyəti
üçün yeni tikilən binada yaradılan şərait
bir faktı da təsdiqləyir ki, ölkədə dövlət
idarəçiliyi sisteminin təkmilləşdirilməsi daim
diqqət mərkəzindədir. Bundan başqa, müasir
memarlıq üslubunda inşa olunan həmin bina rayonun görkəminə
də xüsusi gözəllik verir. Bina bütün
lazımı avadanlıq və sistemlərlə təchiz
edilmişdir.
Dövlətimizin
başçısı binada yaradılmış şəraitlə
tanış oldu.
Binada
ümummilli lider Heydər Əliyevin və Prezident İlham
Əliyevin Neftçala rayonuna səfərlərini əks
etdirən fotolardan ibarət stendlər
quraşdırılmışdır.
Burada
müasir idarəetmə metodlarından istifadə etmək
üçün bütün texniki imkanlar
yaradılmışdır. Bu da icra strukturunun işinin daha
mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının
səmərəli fəaliyyətinə geniş imkan yaradır.
Operativ idarəetmə otağı vasitəsilə sakinlər
inzibati binaya gəlmədən onları narahat edən problemlərlə
əlaqədar icra hakimiyyətinin məsul şəxsləri
ilə birbaşa videoəlaqə yarada biləcəklər.
Akt zalında tədbirləri yüksək səviyyədə
keçirmək üçün hər cür şərait
yaradılmışdır. Binada kitabxana, iclas və konfrans
zalları, inzibati və digər otaqlar vardır.
Rayonun
inzibati xəritəsinə baxan Prezident İlham Əliyevə
Neftçalanın iqtisadiyyatı və həyata keçirilən
infrastruktur layihələri barədə məlumat verildi.
İcra hakimiyyətinin inzibati binasının yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Buradakı fəvvarələr isə ərazini daha da gözəlləşdirir.
AzərTAc
Azərbaycan.-2014.- 30 may.- S.3.