Prezident İlham
Əliyev Neftçala şəhərindəki
Bayraq Meydanında
yaradılan şəraitlə tanış
olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyevin Neftçala rayonuna səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də
Neftçala rayonuna səfəri çərçivəsində
Bayraq Meydanında yaradılan şəraitlə tanış
olmuşdur.
Ötən
əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli, ay-ulduzlu bayrağının yenidən
müstəqil Azərbaycanın dövlət rəmzinə
çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi
xidmətləri sayəsində mümkün olmuşdur. Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra milli
bayrağımız ilk dəfə ulu öndər Heydər
Əliyevin təşəbbüsü Naxçıvanda
qaldırılmışdır. Bu mənada dövlət
atributlarına hörmət və ehtiram ümummilli lider Heydər
Əliyevin xalqımıza ən böyük əmanətidir.
İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında,
mötəbər mərasimlərdə qürurla
dalğalanır. Bu gün hər bir azərbaycanlı dövlət
bayrağını özünün qürur mənbəyi
hesab edir. Bu mühüm amili şərtləndirən əsas
səbəblərdən biri də Prezident İlham Əliyevin
dövlət atributlarımıza xüsusi ehtiramla
yanaşmasıdır. Fərəhli haldır ki,
dünyanın ən hündür bayraq dirəyinin
ucaldığı Bakıdan sonra ölkənin əksər
bölgələrində üçrəngli
bayrağımızın şərəfinə meydanlar
yaradılır, bununla bağlı xüsusi layihələr həyata
keçirilir. Neftçalada salınan Bayraq Meydanı və
burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi
ilə diqqəti cəlb edir. Neftçaladakı Bayraq Meydanı
ölkəmizdə dövlət atributlarına hörmət və
ehtiramın ən yüksək səviyyədə
olmasının daha bir əyani nümunəsidir.
Dövlətimizin başçısına məlumat verildi ki, bayraq dirəyinin hündürlüyü 36 metrdir. Bu da qürur mənbəyimiz olan dövlət bayrağımızın şəhərin hər yerindən görünməsinə imkan verir. İnşasına 2012-ci ildə başlanan Bayraq Meydanı həm də rayonda aparılan abadlıq-quruculuq işlərinin göstəricisidir. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Meydanda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.
AzərTAc
Azərbaycan.-2014.- 30 may.- S.3.