Ukraynanın yeni seçilmiş Prezidenti

Zati-aliləri cənab Pyotr Poroşenkoya

 

Hörmətli cənab Prezident,

Ukraynada keçirilmiş prezident seçkilərində qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan ilə Ukrayna arasında mövcud dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 may 2014-cü il.

Azərbaycan.-2014.- 30 may.- S.1.