Nepal Federativ
Demokratik Respublikasının
Prezidenti
Zati-aliləri cənab Ram Baran Yadava
Hörmətli
cənab Prezident,
Ölkənizin
milli bayramı – Respublika günü münasibətilə Sizi
və xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram
ki, birgə səylərimizlə Azərbaycan ilə Nepal
arasındakı münasibətlər xalqlarımızın mənafelərinə
uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə
ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 26 may 2014-cü il.
Azərbaycan.-2014.- 30 may.- S.1.