Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva UNESCO-nun
Baş Konfransının sədri ilə
görüşmüşdür
Mayın
29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva
UNESCO-nun Baş Konfransının sədri Hao Pinq ilə
görüşmüşdür.
Mehriban
Əliyeva qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu
bildirərək həm Azərbaycan dövlətinin, həm də
Heydər Əliyev Fondunun UNESCO ilə əlaqələrinin
çox yüksək səviyyədə olduğunu qeyd etdi.
“Mənim üçün şərəfdir ki, 10 ilə
yaxındır UNESCO-nun xoşməramlı səfiriyəm”, -
deyən Azərbaycanın birinci xanımı əlaqələrimizin
ildən-ilə daha da genişlənərək yüksək səviyyəyə
çatdığını bildirdi.
Heydər
Əliyev Fondunun təkcə Azərbaycanda deyil, digər
ölkələrdə də UNESCO ilə birgə layihələr
həyata keçirdiyini diqqətə çatdıran Mehriban
Əliyeva əminliklə vurğuladı ki, bu əməkdaşlıq
gələcəkdə də inkişaf etdiriləcək və
yeni layihələr reallaşdırılacaqdır.
Yüksək
qonaqpərvərliyə görə təşəkkürünü
bildirən Hao Pinq UNESCO-nun baş direktoru İrina Bokovanın
və təşkilatın xüsusi elçisi, Çinin
birinci xanımı Pen Liyuanın salamlarını Mehriban
Əliyevaya çatdırdı.
Hao Pinq
Azərbaycanın birinci xanımının rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun UNESCO ilə birgə elm, təhsil
və mədəniyyət sahələrində həyata
keçirdiyi layihələrlə əlaqələrin
inkişafına böyük töhfə verdiyini diqqətə
çatdırdı.
Qonaq
ölkəmizin və paytaxt Bakının inkişafından məmnunluğunu
vurğuladı.
Azərbaycan.-2014.- 30 may.- S.6.