Azərbaycan Qoşulmama
Hərəkatının prinsip
və məqsədlərinə xüsusi əhəmiyyət verir
Azərbaycan
Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə
xüsusi əhəmiyyət verir.
Bu
sözləri Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov
Qoşulmama Hərəkatının Əlcəzairdə
keçirilən 17-ci Nazirlər Görüşündəki
çıxışında demişdir.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Elmar Məmmədyarov yüksək ev sahibliyinə
görə Əlcəzairə təşəkkürünü
çatdırmış, İranın Hərəkata sədrliyini
yüksək qiymətləndirmişdir.
Nazir
vurğulamışdır ki, Qoşulmama Hərəkatı
BMT-dən sonra üzvlərinin sayına görə dövlətlərin
ikinci ən böyük qrupu olaraq beynəlxalq sülhün və
təhlükəsizliyin qorunub saxlanılması və regional
təhlükəsizlikdən sosial və iqtisadi inkişafa qədər
çoxsaylı məsələlərin həllində əhəmiyyətli
rol oynayır. Dekolonizasiya hərəkatının müvəffəqiyyəti
və qlobal sosial inkişaf gündəliyinin yaranması
Qoşulmama Hərəkatının başa
çatdırdığı nəzərəçarpan
nailiyyətləri arasındadır.
Biz,
həyəcanla beynəlxalq sülh və təhlükəsizliyin
qorunub saxlanılmasında xroniki uğursuzluğun bəzi
işarələrini müşahidə edirik. Beynəlxalq
birliyin bəzi aktorlarının beynəlxalq hüququn
hamı tərəfindən qəbul edilmiş norma və
prinsiplərinə məhəl qoymaması ciddi narahatlıq
yaradır.
Bunun
əksi olaraq Qoşulmama Hərəkatı ədalətin və
beynəlxalq münasibətlərdə qanunun aliliyinin həqiqi
müdafiəçisi qismində çıxış edir.
Ən əsası odur ki, beynəlxalq hüquq imtiyaz deyil, zərurətdir.
Beynəlxalq
nizamın əsas elementlərinə təsir etməkdə
davam edən, milli birliyi, ərazi bütövlüyünü
və dövlətlərin sabitliyini pozan əsas təhdid və
çağırışlara qarşı vahid
yanaşmanın təmini və onların həlli
üçün daha böyük səylər lazımdır.
Qoşulmama Hərəkatı beynəlxalq hüququ, BMT
Nizamnaməsinin ruhunu və mətnini tam dəstəkləyir.
Onun ədaləti təmin etmək üçün əsas
missiyası suveren xalqların hüquq və
azadlıqlarına açıq-aydın təhdidlər
olduğu hallarda xüsusilə əvəzedilməzdir.
Bununla
əlaqədar olaraq Azərbaycan Qoşulmama Hərəkatının
prinsip və məqsədlərinə xüsusi əhəmiyyət
verir. Azərbaycan müstəqil xarici siyasət həyata
keçirərək və hər hansı hərbi alyansa
qoşulmamaqla beynəlxalq norma və prinsiplərin qorunub
saxlanılması, demokratikləşmənin inkişafı,
milli və beynəlxalq səviyyədə insan
hüquqlarına hörmət və sosial ədalət
üçün davamlı addımlar atır.
Nazir demişdir: Mən, həmçinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyi çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Yekun Sənəddə əks olunmuş Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını birmənalı şəkildə tələb edir. Bu kontekstdə, Qoşulmama Hərəkatına üzv dövlətlərin çağırışı onların Ermənistan tərəfindən həyata keçirilmiş məlum təcavüz aktı, işğal, etnik təmizləmə, qaçqın və məcburi köçkünlərin hüquqlarının kobud şəkildə pozulmasına qarşı çıxış etməsində həmrəyliyin bariz nümunəsidir.
Əminik ki, bizim buradakı görüşümüz
və onun nəticəsində qəbul olunacaq yekun sənəd Hərəkatın
prinsip və məqsədlərinin
gücləndirilməsinə xidmət edəcəkdir. Ümumi məsuliyyətimiz üçün
böyük əhəmiyyət kəsb edən
sülh, təhlükəsizlik, ədalət
və inkişaf naminə Azərbaycan Qoşulmama Hərəkatının işini dəstəkləmək və irəli
aparmaq üçün
səylərini əsirgəməyəcəkdir.
Azərbaycan.-2014.- 30 may.- S.7.