Azərbaycanın xarici
işlər naziri Qoşulmama
Hərəkatının
nazirlər
konfransının sessiyasına sədrlik etmişdir
Qoşulmama
Hərəkatının mayın 28-29-da Əlcəzairdə
keçirilən nazirlər konfransına ev sahibliyi və sədrlik
edən Əlcəzairin müraciəti əsasında bu təşkilatın
fəal üzvü olan Azərbaycan Respublikası adından
xarici işlər naziri Elmar Məmmədyarov nazirlər
konfransının sessiyasına sədrlik etmişdir.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirilmişdir ki, Elmar Məmmədyarovun sədrlik etdiyi
sessiyada Seneqal, Fələstin, Niger, İspaniya və digər
dövlətlərin nümayəndələri
çıxış etmiş və Qoşulmama Hərəkatının
gündəliyində duran aktual məsələlər ətrafında
müzakirələr aparılmışdır.
Azərbaycan.-2014.- 30 may.- S.7.