Avropa Azərbaycan Cəmiyyətinin rusingilis dillərində nəşr etdirdiyi Qarabağ həqiqətləri və Xocalı soyqırımı haqqında iki kitabın təqdimatı keçirilmişdir

 

 

Mayın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) ingilis və rus dillərində nəşr etdirdiyi  "Khojaly Witness of a war crime - Armenia in the Dock" ("Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə") və  "Qarabax. İstoriya v kontekste konflikta" ("Qarabağ. Münaqişə kontekstində tarix")  kitablarının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə TEAS-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Taleh Bağıyev təmsil etdiyi qurumun reallaşdırdığı layihələrdən söz açmışdır. O, yeni  çapdan çıxmış nəşrlərin Azərbaycanın haqq işinin dünyada daha geniş şəkildə təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Diqqətə çatdırılmışdır ki, hər iki layihənin rəhbəri Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovdur.

Tədbirdə TEAS-ın sədri Tale Heydərov çıxış edərək bildirmişdir ki, son illər Azərbaycan sürətlə inkişaf edir. Ancaq Ermənistanın işğalçılıq siyasəti ölkəmizin inkişafına mənfi təsir göstərir. Hökumətin dəstəyi ilə yeni formalaşan Azərbaycan lobbisidiasporu xarici ölkələrdə Azərbaycanın obyektiv mövqeyini əks etdirən kitabların nəşrinə nail olur. Bizim cəmiyyətin də gördüyü işlər bu istiqamətdə reallaşdırılan mühüm layihələrə bir töhfədir.

Vurğulanmışdır ki, Londonun "Garnet" nəşriyyatının mətbəəsində  çapdan çıxmış "Khojaly Witness of a war crime - Armenia in the Dock" kitabı (tərtibçilər: İen Pört, Fiona Maklaxlan) 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş  Xocalı soyqırımını ilkin mənbələrə əsasən sənədləşdirən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamı zamanı sağ qalmış insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış  şahid ifadələrinin ilk toplusudur. Kitabda Qərb və Rusiya mediasında Xocalı soyqırımı ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar yer almışdır. Beynəlxalq insan hüquqları təşkilatlarının Xocalı qətliamına dair hesabatları topluda tam şəkildə dərc olunmuşdur. Xarici fotomüxbirlər Viktoriya İvlevanın, Frederik Lenqaiqnin, David Brauxlinin, Klaus Reysingerin, Lin Heng ShinginGeorge de Kerlinin çəkdikləri nadir fotoşəkillər də kitabda xüsusi yer tutur.

Vurğulanmışdır ki, kitaba beynəlxalq mediadan ("The Washington Post", "Le Monde", "The Times", "Trud", "Komsomolskaya pravda" və s.) daxil edilmiş materiallar və fotoşəkillər Avropa Azərbaycan Cəmiyyəti tərəfindən məxsusi anlaşma nəticəsində əldə edilmişdirilk dəfədir işıq üzü görür.

Diqqətə çatdırılmışdır ki, təqdim olunan "Qarabax. İstoriya v kontekste konflikta" adlı məqalələr toplusu isə Sankt-Peterburqdakı "Vestnik" nəşriyyatının mətbəəsində nəfis şəkildə çap olunmuşdur. Qarabağşünaslıq üçün böyük əhəmiyyəti olan bu toplu "Ön söz", 18 məqalə, müəlliflər haqqında məlumat, coğrafi, siyasiinzibati adlar göstəricisindən ibarətdir.

 Məqalələr toplusu bu sahədə mühüm yenilik hesab edilə bilər. Kitaba məqalələri daxil edilmiş Azərbaycan, ABŞ, Böyük Britaniya və Yunanıstandan olan tədqiqatçılar öz sahələri üzrə tanınmış mütəxəssislərdir.

Kitab Qarabağın tarixinin öyrənilməsi və tanıdılmasında mühüm mənbə olacaqdır.

Tale Heydərov bildirmişdir ki, bu  kitablar gələcəkdə digər Avropa xalqlarının dillərinə də tərcümə ediləcəkdir.

Mərasimdə çıxış edən "Khojaly Witness of a war crime - Armenia in the Dock" kitabının tərtibçisi İen Pört demişdir ki, nəşr hazırlanarkən Xocalıda yaşamış insanlardan məlumat toplanmış və xarici ölkə jurnalistlərinin materiallarından istifadə edilmişdir. Xocalı faciəsi dünyada ziddiyyətli şəkildə işıqlandırılır. Bu səbəbdən də faciənin əsl şahidləri ilə danışıb həqiqəti insanlara çatdırmağa çalışdıq. Dünya Xocalıda baş verən XX əsrin ən böyük faciəsinin əsl mahiyyətini anlamalıdır.

İen Pört demişdir ki, bizi narahat edən məsələlərdən biriBMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın haqq işini dəstəkləyən qətnamələrinin hələ də yerinə yetirilməməsidir.

Qonaq Qarabağın tezliklə azad olunacağına və doğma yurdlarından didərgin düşmüş insanlarımızın öz torpaqlarına qayıdacaqlarına əminliyini ifadə etmişdir.

Xocalı hadisələrini lentə almış fotoqraf xanım Frederik LenqaiqnKlaus Reysinger təqdimat mərasimində çıxış edərək 1992-ci ilin fevralında Ağdamda, Xocalıda gördükləri o dəhşətli anlardan və çəkdikləri şəkillərlə dünyanın diqqətini bu münaqişənin ədalətli həllinə yönəltmələrindən danışmışlar.

Mərasimə yekun vuran Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov demişdir ki, bu gün çox mühüm bir hadisənin iştirakçısıyıq. Bu münasibətlə hər şeydən əvvəl, bu iki kitabın işıq üzü görməsində əməyi olan bütün insanlara, başda Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov olmaqla hər kəsə minnətdarlığımı bildirirəm.

Kitabın təqdimatının Milli Azərbaycan Tarixi Muzeyində keçirilməsini yüksək qiymətləndirən N.Məmmədov demişdir ki, bunun özüolduqca yaxşı bir hadisədir.

Avropa Azərbaycan Cəmiyyətinin çox gördüyünü bildirən N.Məmmədov demişdir ki, bu gün təqdim olunan kitablar cəmiyyətin fəaliyyətinin yalnız bir hissəsidir. TEAS-ın qarşıya qoyduğu məqsəd 22 il ərzində müstəqil Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətləri, mövcud vəziyyətini bütün Avropaya, beləliklə də dünyaya yaymaqdır. Hesab edirəm ki, onlar bu missiyanın öhdəsindən çox uğurla gəlirlər. Yeni kitabların təqdimatı ilə bərabər, eyni zamanda, bu gün Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Böyük Britaniyanın parlamentinin 10-a yaxın nümayəndəsi Azərbaycanda səfərdədir. Onların mayın 29-da  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulunda iştirak etmiş rəsmi şəxs kimi deyə bilərəm ki, çox gözəl bir görüş keçdiBöyük britaniyalı  parlamentarilər Azərbaycan haqqında öz təəssüratlarını Prezidentimizlə bölüşdülər.

Novruz Məmmədov  demişdir: "XXI əsrin əvvəllərində yaşasaq da, bu gün beynəlxalq münasibətlərdə ən çox ehtiyac duyulan bir şey varsa, o da ədalətdir. Çox məşhur filosofun belə bir fikri var: "Tarix insan təfəkkürünün və fəaliyyətinin ən təhlükəli məhsuludur". Bu gün müxtəlif ölkələrin tarixinə nəzər saldıqda, çox təəssüflər ki, bu fikrin müəyyən mənada həqiqət olduğunu görürük".

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini demişdir ki, bu gün ölkəmizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı dünyanın əksər dövlətlərinin konkret mövqeyi olmasına baxmayaraq, artıq 22 ildir ki, ərazilərimiz işğal altındadır və bu münaqişənin ədalətli həlli üçün konkret addımlar atılmır. Dünyanın müxtəlif nöqtələrində, bölgələrində belə prosesləri müşahidə etmək mümkündür. Təqdim edilən kitablar müstəqilliyimizin ilk dövründə və dövlət suverenliyimizin bərpasından ötən müddətdə baş verən hadisələrin, xüsusilə də ərazilərimizin işğalı ilə bağlı proseslərin həqiqi tarixini bu gün bəşəriyyətə olduğu kimi təqdim edir. Sevindirici haldır ki, Avropa Azərbaycan Cəmiyyəti də bu istiqamətdə, torpaqların geri qaytarılması, ədalətin bərpa olunması üçün əlindən gələnləri edir. Bu da Azərbaycanın gördüyü işlərin bir hissəsi kimi olduqca təqdirəlayiqdir.

Mərasimdə bir daha vurğulanmışdır ki, Avropa Azərbaycan Cəmiyyəti bundan sonra da ölkəmizin haqq işinin dünyada təbliği istiqamətində mühüm layihələrə imza atacaqdır.

 

Azərbaycan.-2014.- 30 may.- S.9.