Heydər Əliyev Fondu
tərəfindən 1 iyun – Uşaqları
Beynəlxalq
Müdafiə Günü münasibətilə
tədbir keçirilmişdir
Heydər Əliyev Fondunun
vitse-prezidenti
Leyla Əliyeva tədbirdə
iştirak etmişdir
Mayın 29-da Heydər Əliyev Fondu
tərəfindən Bakıdakı 1 nömrəli uşaq
evinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində
yerləşən istirahət düşərgəsində 1
iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü
münasibətilə tədbir keçirilmişdir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu
Əliyeva tədbirdə iştirak etmişlər.
Mərasimdə
çıxış edən Heydər Əliyev Fondunun
nümayəndəsi İlqar Mustafayev Fondun uşaqlarla
bağlı həyata keçirdiyi layihələrdən
söz açmışdır. Bildirmişdir ki, Azərbaycan
Prezidenti İlham Əliyev və ölkənin birinci
xanımı Mehriban Əliyeva uşaqların hər cür
qayğı ilə əhatə olunması, onların
müasir vətəndaş kimi yetişməsi məsələlərinə
xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondu tərəfindən
Azərbaycanın gələcəyini təmin edəcək
sağlam ruhlu, müasir düşüncəli gənclər
yetişdirmək üçün uğurlu layihələr həyata
keçirilir.
Diqqətə
çatdırmışdır ki, Bakıdakı 1 nömrəli
uşaq evinin Şüvəlanda yerləşən istirahət
düşərgəsində reallaşdırılan bu tədbir
Heydər Əliyev Fondunun 1 iyun – Uşaqları Beynəlxalq
Müdafiə Günü münasibətilə keçirdiyi
silsilə tədbirlər çərçivəsində
baş tutmuşdur.
Mərasimdə,
həmçinin Rusiya Federasiyasının Həştərxan
vilayətindən, Bosniya və Herseqovinadan və Pakistandan da
qonaqlar iştirak edirlər.
Fondun
nümayəndəsi qonaqların azərbaycanlı
uşaqlarla gələcək dostluğunun möhkəm
olacağına əminliyini ifadə etmişdir.
Bayram
şənliyində istedadlarını göstərən
uşaqlar əylənmiş, rəqs etmiş, şeir söyləmişlər.
Xarici
ölkələrdən olan qonaqlar Bakıda keçirilən
bu mərasimdə onların iştirakına yaradılan şəraitə
görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını
bildirmişlər.
Mərasimdə
Rusiya Federasiyasının Həştərxan
uşaqlarının adından Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevaya hədiyyə olaraq fotoalbom təqdim
edilmişdir.
Bakıdakı
1 nömrəli uşaq evinin Şüvəlanda yerləşən
istirahət düşərgəsində 2013-cü ildə
Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı
təmir işləri aparılmış, həyətyanı
sahə abadlaşdırılmışdır. Burada yeni,
müasir stadion inşa edilmiş, hovuz yenidən qurulmuş,
uşaqların asudə vaxtlarını səmərəli keçirmələri
üçün gözəl şərait
yaradılmışdır.
Hazırda
sözügedən uşaq evində 120 uşaq və yeniyetmə
yaşayır.
Azərbaycan.-2014.- 30 may.- S.11.