«Bələdiyyə seçkilərində
seçicilərin təşəbbüs qruplarının
yaradılması, namizədlərin öz
təşəbbüsü ilə və ya
seçicilərin təşəbbüs qrupları tərəfindən
irəli sürülməsi qaydaları haqqında Təlimat»a
dəyişikliklər edilməsinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı
Qərar ¹ 1/6
Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsi və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələrək Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.
Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan "Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat"ının struktur elementlərinə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanununun 30-cu maddəsinə uyğun olaraq müvafiq dəyişikliklər edilməli və ona aid 1, 2, 3 və 4 saylı əlavələr yeni redaksiyada təsdiq edilməlidir.
Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2006-cı il 7 iyun tarixli 28/106 saylı Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat"a aşağıdakı dəyişikliklər edilsin:
1.1. Təlimatın 1-ci bəndi
preambula hesab edilsin;
1.2. Preambuladan sonra "1. Ümumi müddəalar"
sözləri və aşağıdakı məzmunda
1.2-ci bənd əlavə
edilsin:
"1.2. Passiv seçki
hüququna malik olan və Seçki
Məcəlləsinin 212-ci maddəsinin tələblərinə
cavab verən vətəndaşlar onların
öz təşəbbüsü
ilə, habelə seçicilərin təşəbbüs
qrupları tərəfindən
qanunvericilikdə nəzərdə
tutulmuş qaydada bələdiyyə üzvlüyünə
namizəd irəli sürülə bilər."
1.3. 1.2-ci bənddən sonra 2-ci hissəyə "2. Seçicilərin
təşəbbüs qrupunun
yaradılması və
bələdiyyə üzvlüyünə
namizədliyin irəli
sürülməsi qaydası"
adlı başlıq əlavə edilsin və həmin hissə qanunvericilikdə nəzərdə tutulmuş
qaydada müvafiq olaraq nömrələnsin;
1.4. 3.3-cü və
4.2-ci bəndlər aşağıdakı
redaksiyada verilsin:
"Bələdiyyə üzvlüyünə
namizədin öhdəlik
ərizəsi (Təlimata
2 saylı əlavə)
(ərizədə bələdiyyə
üzvlüyünə namizədliyi
irəli sürülmüş
şəxsin soyadı,
adı, atasının
adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət
vəsiqəsinin və
ya onu əvəz
edən sənədin
seriya və nömrəsi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət
növü), məhkumluğuna, vətəndaşlığına
və başqa dövlətlər qarşısında
öhdəliyinin olub-olmamasına
dair məlumatlar, habelə bələdiyyə üzvü
seçiləcəyi halda,
həmin vəzifə
ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə
öhdəliyi göstərilməlidir)";
1.5. 3.4-cü və
4.3-cü bəndlərin sonunda
mötərizənin içərisindəki
"Qeyddə göstərilmiş"
sözləri "Bu Təlimatın
5, "Azərbaycan Respublikasında
keçirilən seçkilərdə
(referendumda) namizədin,
siyasi partiyaların, siyasi partiyalar bloklarının və
referendum üzrə təşviqat
qruplarının səlahiyyətli
nümayəndələrinin statusu haqqında" sözləri ilə əvəz edilsin.
1.6. Təlimatın
1, 2, 3 və 4 saylı
əlavələri yeni
redaksiyada təsdiq edilsin (əlavə olunur).
2. Mərkəzi Seçki
Komissiyası öz səlahiyyətləri daxilində
bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi
ilə bağlı qanunvericilikdə nəzərdə
tutulmuş tədbirlərin
görülməsini təmin
etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29.05.2014
Azərbaycan.-2014.- 30 may.- S.12.