Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublıkası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar ¹ 1/15

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq   qərara alır:

1. Anar İmran oğlu Qəmbərov 13 saylı Xəzər-Pirallahı, Anar Məhərrəm oğlu Sadıqzadə 20 saylı Nərimanov ikinci, Gülarə Eyvaz qızı Verdiyeva 22 saylı Nəsimi ikinci, Söhrab Cəlal oğlu Məmmədov və Eldəniz Elbrus oğlu İmanlı 37 saylı Nizami birinci (Gəncə), Ayıq Rizvan oğlu Səmədov 70 saylı Masallı şəhər, Kəmalə Arif qızı Əliyeva 91 saylı Ucar, Zahir Mahal oğlu Qarayev 104 saylı Gədəbəy - Tovuz seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. İmran Abbas oğlu Qəmbərov 14 saylı Xəzər, Bayram Mustafa oğlu Mustafayev 27 saylı Sabunçu ikinci, Cavid Vəlid oğlu Siyahov 37 saylı Nizami birinci (Gəncə), Səidə Musa qızı Daşdıyeva 91 saylı Ucar, Abbas Malik oğlu Cəbrayılov 92 saylı Zərdab - Ucar seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

29.05.2014

 

Azərbaycan.-2014.- 30 may.- S.12.