Əmək və əhalinin sosial müdafiəsi naziri
Salyan şəhərində vətəndaşları
qəbul etmişdir
Prezident
İlham Əliyevin tapşırıq və tövsiyəsinə
əsasən, mərkəzi icra hakimiyyəti orqanların rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin, ərizə və
şikayətlərinin müsbət həll olunması
üçün müvafiq tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mayın 29-da Salyan şəhərində Neftçala, Salyan, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən ünvanlı dövlət sosial yardımının təyinatı, əlillik dərəcələrinin verilməsi, mənzil, maşın və reabilitasiya vasitələri ilə təmin olunmaq, məşğulluğun təminatı ilə bağlı olmuşdur.
Gün ərzində aparılan səyyar qəbul zamanı nazir Səlim Müslümov müraciətlərdə qaldırılan məsələlərin qısa vaxt ərzində araşdırılaraq ədalətli, obyektiv şəkildə və qanun çərçivəsində həll edilməsi barədə müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar vermişdir.
Qəbul zamanı
qaldırılan məsələlərin bir
çoxu yerindəcə həllini
tapmış, nazirliyin səlahiyyətlərinə
aid olmayan məsələlərlə
bağlı müraciətlər isə qeydiyyata
alınaraq müvafiq qurumlara
çatdırılmaq üçün nəzarətə
götürülmüşdür.
Azərbaycan.-2014.- 30 may.- S.13.