Bakıda «Seysmologiya, mühəndis seysmologiyası və Antelope sistemi istifadəçiləri qrupu» mövzusunda VI beynəlxalq konfrans işə başlamışdır

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA-nın GeologiyaGeofizika İnstitutunun, respublika Seysmoloji Xidmət Mərkəzi və Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə "Seysmologiya, mühəndis seysmologiyası və Antelope sisteminin istifadəçiləri qrupu" mövzusunda VI beynəlxalq konfrans işə başlamışdır. Konfransda AMEA-nın rəhbər işçiləri və əməkdaşları, FHN-in nümayəndələri, xarici alimlər, jurnalistlər iştirak edirlər.

AMEA-nın prezidenti Akif Əlizadə açılış mərasimində çıxış edərək bildirmişdir ki, müasir dünyada seysmologiya Yerin quruluşunun öyrənilməsi sahəsində ən vacib elmi istiqamətlərdən biridir.

İki günlük konfransda müxtəlif mövzularda, o cümlədən "Cənubi Xəzərin subduksiya modelinin seysmik, qravimetrikgeodinamik meyarları və onun neft-qazlılıqla əlaqəsi", "BöyükKiçik Qafqazın seysmik anizotropiyası", "Standart Seysmik Şəbəkə məlumatlarının emalı üçün Antelope sisteminin formalaşdırılması" və seysmologiyaya dair digər müasir aktual mövzularda məruzələr dinlənilmişdir.

Qeyd edək ki, konfransda dünyanın 20 ölkəsindən, o cümlədən Azərbaycan, ABŞ, Rusiya, Almaniya, Yaponiya seysmoloq-alimlər iştirak edirlər.

 

AzərTAc

Azərbaycan.-2014.- 30 may.- S.14.