Mədəniyyət və turizm
naziri Şəmkir
şəhərində
vətəndaşları qəbul etmişdir
Prezident
İlham Əliyevin tapşırıq və tövsiyəsinə
əsasən, mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu keçirir, onların
müxtəlif məsələlərlə bağlı
müraciətlərinin, ərizə və şikayətlərinin
müsbət həll olunması üçün müvafiq tədbirlər
görürlər.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla
növbəti görüşü Şəmkir şəhərində
keçirilmişdir.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
mayın 30-da Əbülfəs Qarayev Şəmkir şəhərindəki
"Zəka" Gənclərin İntellektual İnkişaf və
Yaradıcılıq Mərkəzində Gəncə şəhərindən,
Şəmkir, Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Kəlbəcər
rayonlarından olan vətəndaşları qəbul
etmişdir.
Nazirliyin
" mct@mct.gov.az" elektron poçt ünvanı,
"e-services." , " mct.gov.az" elektron xidmətlər
saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə,
eləcə də müvafiq mədəniyyət və turizm
şöbələrinə müraciət etməklə qəbula
yazılmış 30-dək vətəndaş müxtəlif
məsələlərlə bağlı xahiş və təkliflərini
nazirə ünvanlamışdır.
Müraciətlər
əsas etibarilə yerlərdə müasir kitabxanaların
yaradılması, tarixi abidələrin bərpası, sərhədyanı
kəndlərində yeni mədəniyyət ocaqlarının
açılması, mədəniyyət müəssisələrində
ştatların artırılması, turizmin inkişaf etdirilməsi,
habelə mədəniyyət işçilərinə fəxri
adların verilməsi, işlə təminat və digər
sosial məsələlərlə bağlı olmuşdur.
Nazir jurnalistlərə müsahibəsində vətəndaşların bölgələrdə mədəniyyət və turizmlə bağlı əhəmiyyətli mövzulara diqqət ayırmalarını təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Qeyd etmişdir ki, bütün xahiş, təklif və təşəbbüslərlə bağlı müvafiq tədbirlər görüləcəkdir. Ə.Qarayev demişdir: "Sevindirici haldır ki, bu gün vətəndaşlarımızın qaldırdıqları məsələlər günün tələblərindən irəli gəlir. Bu isə onu göstərir ki, bölgələrimiz öz inkişaf dövrünü yaşayır, sakinlər mədəniyyət ocaqlarımızın müasir səviyyədə xidmət göstərməsini, yerlərdə turizmin daha da inkişaf etdirilməsini istəyirlər. Biz də nazirlik olaraq əsas diqqətimizi bu sahəyə yönəldirik ki, mövcud tələbləri qarşılayaq, əhaliyə yüksək səviyyəli mədəni xidmət göstərək".
Əbülfəs Qarayev qəbul zamanı səslənən konkret təşəbbüslərin diqqətdə saxlanılacağını bildirmişdir. Şəmkir şəhərində tolerantlıq mövzusunda, bölgədəki alman abidələri və tarixi-mədəni irsi ilə bağlı beynəlxalq tədbirlərin təşkili barədə təşəbbüsü müsbət qarşılayan nazir bu məsələlərin nəzərdən keçiriləcəyini diqqətə çatdırmışdır.
Nazir sosial məsələlərlə bağlı xahiş və müraciətlərə də baxılacağını, imkan daxilində onların həllinə köməklik göstəriləcəyini qeyd etmişdir.
Qəbuldan sonra
Əbülfəs Qarayevin və nazirliyin məsul işçilərinin
iştirakı ilə zona müşavirəsi
keçirilmişdir.
Azərbaycan.-2014.- 31 may.- S.3.