Ekologiya və təbii sərvətlər naziri İsmayıllı

 şəhərində vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

Mayın 30-da ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda ətraf mühitinekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqis. məsələlərlə bağlı 60-dan çox vətəndaşın şikayət və təklifləri diqqətlə dinlənilmiş, müraciətlərinə baxılmışdır.

Hər bir vətəndaşın müraciətinin obyektiv və ədalətli şəkildə araşdırılaraq onların həlli yönündə zəruri addımların atılacağı bildirilmişdir. Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapmışdır.

Ekoloji qanun pozuntularına qarşı mübarizənin səmərəliliyinin və kəsərliliyinin artırılması məqsədilə digər müraciətlərə obyektiv baxılması, həmçinin qaldırılan məsələlərin operativ həlli ilə bağlı nazirliyin əlaqədar struktur qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov tərəfindən dinlənilmiş və onların müraciətlərinin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülmüşdür.

 

Azərbaycan.-2014.-  31 may.- S.3.