Uşaqları Beynəlxalq Müdafiə
Gününə həsr olunmuş
"İstedadlı uşaqlar
festivalı-2014" keçirilmişdir
Mayın
30-da Beynəlxalq Muğam Mərkəzində Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin (AQUPDK) və “YARAT” Müasir İncəsənət
Məkanının birgə təşkilatçılığı
ilə 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə
Gününə həsr olunmuş "İstedadlı
uşaqlar festivalı-2014" keçirilmişdir.
Festivala
xüsusi qayğıya ehtiyacı olan və digər
xalqları təmsil edən 200-dək uşaq
qatılmışdır.
Dövlət
qurumlarının və qeyri-hökumət təşkilatlarının
nümayəndələrinin iştirakı ilə keçirilən
tədbirdə çıxış edən AQUPDK-nın sədri
Hicran Hüseynova və UNİCEF-in Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Mark Hervord
uşaqları təbrik etmiş, ölkəmizdə həyata
keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən
danışmışlar.
Qeyd
olunmuşdur ki, hazırda ölkəmizdə 2 milyon 500 mindən
çox uşaq vardır. Respublikamızın sürətli
iqtisadi inkişafı onların sosial problemlərinin həlli
üçün etibarlı zəmin yaradır.
Tədbirdə
rəsm əsərləri nümayiş etdirilmiş, həmçinin
2013-2014-cü illərdə uğur qazanmış
uşaqların fəaliyyətini əks etdirən
"İstedadlı uşaqlar-2014" mövzusunda qısa
filmin təqdimatı olmuşdur.
Sonra
elm-təhsil, yaradıcılıq və idman sahələrində
Azərbaycanı beynəlxalq müsabiqələrdə və
yarışmalarda təmsil edərək qalib olmuş, yüksək
nailiyyətlər əldə etmiş uşaqlar
mükafatlandırılmış, "Azərbaycanın gələcəyi"
kuboku ilə təltif olunmuşlar.
Festival
uşaq yaradıcılıq qruplarının iştirakı
ilə konsert proqramı ilə davam etmişdir.
Azərbaycan.-2014.- 31 may.- S.3.