Fövqəladə hallar naziri Şimal bölgəsindən olan vətəndaşları qəbul edib

 

Oktyabrın 30-da fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qusar şəhər Mədəniyyət Sarayında Şimal bölgəsindən olan vətəndaşları qəbul edib.

AzərTAc xəbər verir ki, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin müraciətləri dinlənilib.

Nazir Kəmaləddin Heydərov tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həll edilib, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlər görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, kadr məsələləri ilə bağlı 151, digər məsələlərlə bağlı müraciət etmiş 108 vətəndaş nazir müavinləri, nazirliyin baş idarə və qurumlarının rəhbərləri tərəfindən qəbul olunub.

 

Azərbaycan.-2014.- 31 oktyabr.- S.8.