Əlcəzair Xalq Demokratik Respublikasının
Prezidenti Zati-aliləri cənab
Əbdüləziz Buteflikaya
Hörmətli
cənab Prezident,
Ölkənizin
milli bayramı – İnqilab günü münasibətilə
Sizə və Sizin simanızda bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi
təbriklərimi yetirirəm.
Ümidvaram
ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və
əməkdaşlıq münasibətləri xalqlarımızın
mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.
Belə
bir əlamətdar gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq
diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 29 oktyabr 2014-cü il.
Azərbaycan.-2014.- 1 noyabr.- S. 1.