Azərbaycanın ən böyük
nailiyyəti və dəyəri olan
müstəqilliyimizi
möhkəmləndirmək
bizim əsas məqsədimizdir
Azərbaycanın
ən böyük nailiyyəti və dəyəri olan müstəqilliyimizi
möhkəmləndirmək bizim əsas məqsədimizdir.
Bu
sözləri Londonda İngiltərə-Azərbaycan Cəmiyyətinin
həmsədrləri arasında keçirilən ənənəvi
görüşdə Cəmiyyətin Azərbaycan tərəfdən
həmsədri professor Nərgiz Paşayeva AzərTAc-a
müsahibəsində deyib.
İngiltərə-Azərbaycan
Cəmiyyətinin tarixindən danışan Nərgiz
Paşayeva qurumun hər iki ölkədə özunəməxsus
etimad və nüfuz qazandığını qeyd edib. Bildirib
ki, Cəmiyyət həmişə vətəndaşlar ilə
təmas qurmağa, faydalı ideyaları həyata keçirməyə
çalışır.
İngiltərə-Azərbaycan
Cəmiyyətinin diqqət yetirdiyi prioritet sahələrin
xeyriyyəçilik, mədəniyyətlərarası
mübadilə və təhsilin inkişafına qayğı
olduğunu deyən professor bu sahələrin cəmiyyətin
həyatında mühüm rol oynadığını
vurğulayıb.
Diqqətə
çatdırılıb ki, Avropanın nailiyyətləri
artıq dünyaya məlumdur. Bu nailiyyətlərdən
faydalanmaq lazımdır. Azərbaycanın mahiyyətini
İngiltərədə sadə insanlar arasında təbliğ
etmək, ölkəmizin təkcə Şərqin deyil, Qərbin
də mədəni dəyərlərinə sahib olduğunu
göstərmək fəaliyyətimizin əsas istiqamətidir.
Beləliklə, hər iki ölkənin vətəndaşları
arasında mövcud olan əlaqələr daha da möhkəmlənəcəkdir.
Cəmiyyətin
yeni həmsədri Lord German haqqında da fikirlərini
bölüşən Nərgiz Paşayeva onun azadfikirli və
humanist bir insan olduğunu bildirib. Lord Germnanla birgə
çalışmaqdan məmnunluğunu ifadə edən
professor, onun fəaliyyətinin Cəmiyyətin işinə
yeni töhfələr verəcəyinə əminliyini
vurğulayıb.
Orxan İsmayılov
AzərTAc-ın xüsusi
müxbiri
London
Azərbaycan.-2014.- 1 noyabr.- S.6.