Bəzi dairə seçki
komissiyalarının tərkibində dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹ 6/40
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Fuad Aydın oğlu Abdullayev 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.
2. Aydın Baxış oğlu Abdullayev 97 saylı Goranboy - Ağdam - Tərtər, Bayraməli Zülfəli oğlu Nəcəfov 113 saylı Şəki şəhər, Şükran Səttar oğlu Maqsudov 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2014.- 28 oktyabr.- S. 7.