Fransa və Türkiyə
Prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində
olub
Fransada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 31-də Prezident Fransua Olland ilə görüşüb.
Dövlət başçıları görüşdən sonra mətbuat konfransı keçiriblər.
F.Olland deyib ki, görüşdə siyasi, iqtisadi, nəqliyyat, ticarət, mədəniyyət, müdafiə, beynəlxalq təhlükəsizlik və digər sahələrdə Fransa ilə Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə edilib. İraqda və Suriyada yaranmış vəziyyət də diqqət mərkəzində olub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Fransua Olland oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentləri ilə apardıqları danışıqların gedişini pozitiv dəyərləndirib.
Prezident Rəcəb Tayyib Ərdoğan müxtəlif sahələrdə Fransa ilə əməkdaşlığı yüksək qiymətləndirib, Türkiyədə çoxlu sayda fransız şirkətinin fəaliyyət göstərdiyini bildirib.
Son vaxtlar Kobani ətrafında yaranan vəziyyətdən bəhs edən Rəcəb Tayyib Ərdoğan sərhəddə yerləşən bu şəhərdə baş verən hadisələrin ölkəsi tərəfindən diqqətlə izləndiyini bildirib və Türkiyənin guya İŞİD-i dəstəkləməsi barədə mətbuatda səslənən fikirlərin əsassız olduğunu bildirib.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.
- 2014.- 2 noyabr.- S.3.