Kənd təsərrüfatı
işçiləri peşə bayramlarını qeyd ediblər
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına
əsasən, noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı
İşçiləri Günüdür.
Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyi noyabrın 1-də tədbir keçirib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov aqrar sahədə çalışanları peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Nazir ulu öndər Heydər Əliyevin aqrar sahədə başladığı islahatların uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından, bu sahənin inkişafından və qarşıda duran vəzifələrdən danışıb.
Digər
çıxış edənlər də aqrar
sahədə aparılan islahatlardan,
görülən işlərdən, dövlət tərəfindən
bu sahəyə göstərilən diqqət
və qayğıdan söhbət açıb, peşə
bayramları münasibətilə kənd təsərrüfatı
işçilərini təbrik ediblər.
Azərbaycan.
- 2014.- 2 noyabr.- S.4.