Azərbaycan Texniki
Universitetində yeni mərkəz açılıb
Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) Layihələrin idarə olunması və İnnovasiyalar Mərkəzinin
açılışı olub.
AzərTAc xəbər
verir ki, tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov mərkəzin
açılışının 1 noyabr - Dünya Layihə Menecerləri Gününə təsadüf
etdiyini bildirib. Rektor qeyd edib ki,
Azərbaycanda bu gün AzTU-nun nəzdində yeni mərkəzin istifadəyə
verilməsi ilə əlamətdar olacaq, universitet üçün,
eləcə də respublikamızın layihə
menecerləri üçün
sevindirici hadisə kimi yadda qalacaq.
H.Məmmədov Layihələrin İdarə
Edilməsi Beynəlxalq
Assosiasiyası Azərbaycan
nümayəndəliyinin (AzPMA)
bu mərkəzin yaradılmasında xüsusi
təşəbbüskarlıq və metodoloji dəstək göstərdiyini
diqqətə çatdırıb.
AzPMA-nın prezidenti, professor İqbal Babayev mərkəzin əsas fəaliyyət istiqamətləri və məqsədləri barədə
geniş məlumat verib. Bildirilib ki, mərkəzin
fəaliyyəti layihə
menecmenti üzrə beynəlxalq standartların
ölkəmizdə tətbiqi
və onun metodologiyasının öyrənilməsi,
tələbələrlə peşəkar layihə menecerləri arasında təcrübə mübadiləsi
məqsədilə elmi
körpünün yaradılması,
gənc alim və mütəxəssislər
üçün layihə
menecmenti üzrə elmi tədqiqat işlərinin həyata keçirilməsi ilə bağlıdır.
Tədbirdə AzPMA-nın
standartlarına uyğun
sertifikatlaşdırma proqramını müvəffəqiyyətlə
başa vurmuş və
imtahandan müsbət nəticə əldə
etmiş yerli mütəxəssislərə
“Layihə meneceri” beynəlxalq dərəcəli
diplomlar təqdim olunub.
Azərbaycan.
- 2014.- 2 noyabr.- S. 4.