“ASAN Akademiya” layihəsi başa
çatdı
“ASAN Könüllüləri Gənclər
Təşkilatı” İctimai Birliyi və Prezident yanında Gənclər
Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən
“ASAN Akademiya” layihəsi başa çatıb.
AzərTAc xəbər verir ki, noyabrın 1-də bununla bağlı keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov layihənin əsas məqsədinin könüllülərin iş mühitinə psixoloji hazırlığı, biznesin təşkili və idarəçiliyi istiqamətlərində iştirakçıların fərdi inkişafı üçün təlimlərin keçirilməsi olduğunu söyləyib. Digər çıxış edənlər könüllülərin özlərini iş və ictimai həyat standartlarına görə inkişaf etdirmələrində “ASAN Akademiya”nın rolundan danışıblar.
Layihə ilə
bağlı videoçarx nümayiş
etdirildikdən sonra məzunlar təltif olunublar.
Azərbaycan.
- 2014.- 2 noyabr.- S. 4.