Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın
xarici işlər və
ticarət nazirinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də
Macarıstanın xarici işlər və ticarət naziri Peter
Siyartonun başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
Görüşdə
Azərbaycan ilə Macarıstan arasında ikitərəfli
münasibətlərin yüksək səviyyəsindən məmnunluq
ifadə olundu, son vaxtlar bu münasibətlərin dinamik
inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın
yaxşı perspektivlərinin olduğu qeyd edildi.
İkitərəfli
əlaqələrimizin turizm, gənclər,
informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq,
hava nəqliyyatı və digər sahələrdə daha da
genişləndirilməsi müzakirə olundu.
Söhbət
zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 4 noyabr.- S.1.