Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva
Macarıstanın
xarici işlər və ticarət
naziri Peter Siyarto ilə görüşüb
Noyabrın
3-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Macarıstanın
ölkəmizdə səfərdə olan xarici işlər və
ticarət naziri Peter Siyarto ilə görüşüb.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkələrimiz
arasında əlaqələrin ildən-ilə inkişaf
etdiyini bildirdi, Azərbaycan-Macarıstan əməkdaşlığının
bir çox sahələri əhatə etdiyini vurğuladı.
Mehriban Əliyeva iqtisadi, humanitar sahələrdə əlaqələrin
inkişafını xüsusi vurğuladı.
Macarıstanın Azərbaycandakı səfirliyinin fəaliyyətindən
danışan birinci xanım səfirliklə Heydər
Əliyev Fondu arasında yaxşı əlaqələrin
olduğunu söylədi. Diqqətə
çatdırıldı ki, Heydər Əliyev Fondunun dəstəyi
ilə Budapeşt şəhərində Əlil Uşaqlar
üçün Reabilitasiya Mərkəzinin yeni korpusu tikilir.
“Azərbaycan-Macarıstan mətbəxi” kitabının
çap olunduğunu deyən birinci xanım gələcəkdə
də belə layihələrin sayının
artırılmasının vacibliyini diqqətə
çatdırdı və Heydər Əliyev Fondunun əməkdaşlığa
hər zaman hazır olduğunu vurğuladı.
Azərbaycana
beşinci dəfədir ki, səfər etdiyini deyən Peter
Siyarto ölkəmizin iqtisadiyyatının dinamik
inkişafını yüksək qiymətləndirdi. Nazir hər
səfərində Azərbaycanda böyük dəyişikliklərin
şahidi olduğunu qeyd etdi, Heydər Əliyev Fondunun ölkədə
və xaricdə həyata keçirdiyi layihələrin
yüksək qiymətləndirildiyini bildirdi.
Azərbaycan.-2014.- 4 noyabr.- S.2.