Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi
yanında Texniki Tənzimləmə və
Standartlaşdırma üzrə Dövlət Nəzarəti
Xidməti haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 aprel tarixli 604 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 4, maddə 283) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə"nin 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1.7-ci və 3.1.23-cü yarımbəndlərdə "əmlakına, habelə ətraf mühitə zərər" sözləri "dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər" sözləri ilə əvəz edilsin.
2. 3.1.11-ci yarımbənddə "əvəzsiz qaydada" sözləri ", onların dəyərinin məhsul nümunələri götürülən təsərrüfat subyektinə tam ödənilməsi şərtilə" sözləri ilə əvəz edilsin və həmin bənddən ", sınaq nəticəsində istifadəyə yararlılığını itirməmiş məhsul nümunəsinin təsərrüfat subyektinə qaytarılmasını təmin edir" sözləri çıxarılsın.
3. 3.1.12-ci yarımbənd ləğv edilsin.
4. 3.1.16-cı yarımbənddə "nəzarətini həyata keçirən dövlət müfəttişinin qərarını və yazılı göstərişlərini" sözləri "nəzarəti həyata keçirilərkən, verilmiş qərar və yazılı göstərişləri" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr
2014-cü il
Azərbaycan.-
2014.- 2 noyabr.- S. 2.