Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Çin Xalq
Respublikasının Mülki Məsələlər
üzrə Nazirliyi arasında fövqəladə
halların idarə edilməsi sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumunun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında 2014-cü il sentyabrın 23-də Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr
2014-cü il
Azərbaycan.-
2014.- 2 noyabr.- S. 2.