Almaniyadakı diasporumuzun
üzvləri Azərbaycan
elminin nailiyyətləri barədə məlumatlandırılıb
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif
Əlizadə Almaniyaya səfəri çərçivəsində
Berlində fəaliyyət göstərən diasporumuzun
üzvləri ilə görüşündə ölkəmizdə
elmin hazırkı vəziyyəti, əldə olunmuş
nailiyyətlər, AMEA-nın fəaliyyəti,
apardığı tədqiqatlar, həyata keçirdiyi layihələr
haqqında məlumat verib. A.Əlizadə Almaniyada yaşayan
alimlərin və tələbə-doktorantların gələcəkdə
AMEA ilə əməkdaşlıq etməsinin önəmli
olduğunu vurğulayıb.
Almaniyadakı
Azərbaycanlıların Koordinasiya Mərkəzinin direktoru
Samirə Patzer-İsmayılova AMEA-nın Azərbaycan
diasporunun intellektual potensialına yüksək dəyər
verməsindən məmnunluğunu bildirib.
Azərbaycanın
Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev
AMEA-nın nümayəndə heyətinin səfirliyin təşkilatçılığı
ilə Berlin-Brandenburq Elmlər Akademiyasında, Aleksandr fon
Humboldt Fondunda, Berlin Etnologiya Muzeyində keçirilən
görüşlər zamanı aparılan müzakirələr
barədə məlumat verib.
Sonda
AMEA-nın prezidenti görüşdə iştirak edən tələbə
və doktorantların suallarını cavablandırıb.
Qeyd
edək ki, səfirlikdə Almaniyada yaşayan Azərbaycan mənşəli
alimlərlə keçirilən görüşdə Azərbaycan–Almaniya
ikitərəfli münasibətlərində elmin yeri və
rolu mövzusunda müzakirələr aparılıb. Həmçinin
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının
heyəti ilə görüşlər keçirilib.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi
müxbiri
Berlin
Azərbaycan.-2014.- 4 noyabr.- S.3.