Yevlaxda bir
məktəb var...
Sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atan Yevlaxda
təhsilin inkişafına,
müstəqil Azərbaycanın
sabahı üçün
yüksək intellektual
səviyyəyə malik,
vətənini, xalqını
sonsuz məhəbbətlə
sevən gənclərin
yetişdirilməsinə böyük
önəm verilir. Dövlətin
davamlı qayğısı
sayəsində son 10 ildə
rayonda təhsilin maddi-texniki bazası əsaslı şəkildə
möhkəmləndirilmiş, bu dövrdə 24 yeni məktəb binası tikilib istifadəyə verilmiş,
11-nin isə binası
əsaslı təmir
olunmuşdur. Bu sahədə qazanılan nailiyyətlərdə Heydər
Əliyev Fondunun təşəbbüsləri minnətdarlıqla
qeyd olunur. Məktəblərin informasiya və
kommunikasiya texnologiyaları
avadanlıqları ilə
təminatında da böyük irəliləyiş
əldə edilmişdir.
Hazırda rayonun 57 məktəbində 475 ədəd
kompüterdən, 17 ədəd
nootbukdan, 17 ədəd
projektordan, 4 fənn üzrə 1725 ədəd
elektron dərslikdən
səmərəli istifadə
olunur. Ölkədə müəllimlərə dövlət qayğısı
Yevlaxda da minnətdarlıqla qarşılanır.
Rayonun müəllimlərindən
12 nəfəri "Əməkdar
müəllim" adına,
8 nəfəri "Tərəqqi"
medalına layiq görülmüş, 2 nəfəri
isə "Azərbaycan
Respublikasının qabaqcıl
təhsil işçisi"
döş nişanı
ilə təltif edilmişdir. Burada ali məktəblərə
qəbul olunan məzunların sayı ildən-ilə artır.
2014-cü ildə rayon üzrə
ali məktəblərə
344 məzun qəbul olunmuşdur ki, bu da əvvəlki
illə müqayisədə
29 nəfər çoxdur.
Ən yüksək nəticə göstərən
şəhər 5 nömrəli
tam orta məktəbin
məzunu Aysel Zeynallı 681 balla Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasına daxil olmuş və Prezident təqaüdünə
layiq görülmüşdür.
Ötən dərs ilinin
yekunlarına görə
XI sinfi bitirən iki şagird qızıl medala layiq görülmüşdür.
Onların hər ikisi
5 nömrəli məktəbin
məzunudur - Aysel Zeynallı və Maya Məşdizadə.
Səməd Vurğun
adına 5 nömrəli tam orta məktəb rayonun qabaqcıl təhsil ocaqlarındandır. Burada Azərbaycan
və rus bölmələri fəaliyyət
göstərir. Bina köhnə
olsa da, sinif və dəhlizlərdəki
təmizlik, səliqə-sahman
diqqət çəkir.
Məktəbin direktoru Zərxanım
Əhmədovanın qayğıkeşliyi
ilə yanaşı, ciddi tələbkarlığı
da kollektivin qazandığı uğurlarda
xüsusi rol oynayır. Azərbaycan bölməsində 614, rus bölməsində isə 296 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə
160-dan çox müəllim
məşğul olur.
Məktəbin direktoru
Zərxanım Əhmədova
söhbət zamanı
dedi ki, Prezident İlham Əliyev ölkəmizin sürətlə artan iqtisadi gücünü, neft kapitalını insan kapitalına çevirmək, hər bir ölkə vətəndaşının intellektual
səviyyəyə çatmasına
nail olmaq üçün əhəmiyyətli
tədbirlər həyata
keçirir. Bu sahədə məktəbin
və müəllimlərin
də üzərinə
son dərəcə məsul
və şərəfli
vəzifə düşür.
Bütün bacarığımızı sərf edərək çalışırıq ki,
doğma Azərbaycanımızın
sabahı üçün
hərtərəfli biliyə,
yüksək əxlaqa,
vətənini və xalqını sonsuz məhəbbətlə sevən
vətəndaş yetişdirək.
Başqalarından güclü olmağın
bir yolu var, o da elmdir.
Z.Əhmədova qeyd etdi ki, məktəbin qazandığı uğur
bütün kollektivin
əməyinin nəticəsidir.
Burada öz peşəsini ürəkdən sevən,
tapşırılan vəzifəni
layiqincə yerinə yetirən qabaqcıl müəllimlər çoxdur.
Tarix müəllimi Əmiraslan Bəşirov dövlət başçısının
sərəncamı ilə
bu günlərdə
"Əməkdar müəllim"
fəxri adına
layiq görülmüşdür.
Kimya üzrə fəlsəfə doktoru
Elman Şirinov, coğrafiya
müəllimi Sara Qarayeva,
ingilis dili müəllimi Elza Əhmədova, rus dili müəllimi Sevinc Hacıyeva, ibtidai sinif müəllimləri
Şərafət Rəhimli,
Şölə Hüseynova
və başqaları
sanki bir şam ömrü yaşayır, könüllərinin
nuru ilə gənc nəslin ömür yollarını
işıqlandırırlar.
Məktəbi 2014-cü ildə
bitirmiş 90 məzundan
45-i respublikanın və
xarici ölkələrin
nüfuzlu ali
məktəblərinə qəbul
olunmuşdur.
Haqqında söhbət açılan
təhsil ocağı
Yevlax rayonunun ümumtəhsil məktəbləri
arasındakı reytinq
cədvəlinə başçılıq
edir. Bu öncül mövqeyi qoruyub saxlamaq, qazanılmış
şöhrəti daha
da artırmaq üçün məktəbin
pedaqoji kollektivi mütərəqqi tədris
üsullarından, qabaqcıl
təcrübədən, informasiya-kommunikasiya
texnologiyalarının imkanlarından
yaradıcılıqla istifadə
edir, doğma Azərbaycanın sabahının
etibarlı əllərdə
olmasına çalışırlar.
Lazım QULİYEV
Azərbaycan.
- 2014.- 2 noyabr.- S.5.