Azərbaycan Prezidenti İlham Əliyev Dünya
Bankının
vitse-prezidentinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu
üzrə vitse-prezidenti Lora Takın başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə
Azərbaycan ilə Dünya Bankı arasında səmərəli
əməkdaşlığın həyata keçirildiyi qeyd
olundu. Azərbaycanda iqtisadi fəaliyyətin daha da
optimallaşdırılması, xidmət sahəsində həyata
keçirilən genişmiqyaslı islahatların, o cümlədən
ölkəmizdə yaradılan “ASAN xidmət” tərəfindən
görülən işlərin əhəmiyyəti
vurğulandı. Bildirildi ki, Dünya Bankı Azərbaycanda həyata
keçirilən iqtisadi layihələrə öz dəstəyini
verməkdə maraqlıdır.
Söhbət
zamanı Azərbaycanın müvafiq qurumları ilə
Dünya Bankı arasında əməkdaşlığın
perspektivləri ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-2014.- 5 noyabr.- S.1.