Prezident İlham
Əliyev Asiya İnkişaf
Bankının prezidentinin
başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də
Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Dövlətimizin
başçısı Azərbaycan ilə Asiya İnkişaf
Bankı arasında uzun illər uğurlu əməkdaşlığın
həyata keçirildiyini vurğulayaraq icra olunan layihələrin
ölkəmizin iqtisadi inkişafı, o cümlədən
müasir infrastrukturun yaradılması işinə töhfə
verdiyini qeyd etdi.
Asiya
İnkişaf Bankının prezidenti Takehiko Nakao Bakıda gedən
inkişaf proseslərinin onda dərin təəssürat
yaratdığını bildirdi. O, gələn il Asiya
İnkişaf Bankının Rəhbərlər
Şurasının Azərbaycanda keçiriləcək 48-ci
illik toplantısının əhəmiyyətinə toxunaraq
ölkəmizdə bu tədbirin yüksək səviyyədə
təşkil olunacağına və xeyli sayda ölkənin
dövlət və özəl sektorunun nümayəndələrinin
bu toplantıda təmsil olunacağına əminliyini
vurğuladı.
Prezident
İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər
Şurasının 2015-ci ildə Bakıda keçiriləcək
48-ci illik toplantısının beynəlxalq əməkdaşlığın
daha da möhkəmləndirilməsi, ölkəmizin
dünyaya yüksək səviyyədə təqdim
olunması, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri
ilə daha yaxından tanış olmaq baxımından əhəmiyyətini
qeyd etdi. Dövlətimizin başçısı Asiya
İnkişaf Bankı ilə əməkdaşlığın
bundan sonra da genişləndiriləcəyinə əminliyini
bildirdi.
Azərbaycan.-2014.- 5 noyabr.- S.1.