Azərbaycan vətəndaşları Prezident İlham
Əliyevin
siyasətinə alternativ görmür
Prezident İlham Əliyev ötən 11 ildə respublikamızın iqtisadi inkişaf təmayüllərini dəqiq müəyyənləşdirməklə davamlı tərəqqini təmin etmiş, sosialyönümlü inkişaf strategiyası həyata keçirmişdir. Ötən müddətdə dövlət başçısının verdiyi bütün vədlər əməli fəaliyyətə və praqmatizmə söykənmiş, respublikanın gerçək potensialı ilə uzlaşdığı tamamilə təsdiqlənmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olmuşdur. Dövlət başçısı qısa zaman kəsiyində cəmiyyətin alternativsiz seçiminə çevrilmiş Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirəcəyinə xalqda qəti əminlik yaratmış, əsası ümummilli lider tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə əsaslı zəmin formalaşdırmışdır.
Azərbaycanın son illərdəki dinamik inkişafı fonunda ölkənin qarşısında müəyyənləşdirilmiş məqsəd və vəzifələr, ümumilikdə milli ideyanın xarakteri statik səciyyə daşımır, zamanla dəyişir, yeniləşir. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 11 ildə yeni hədəflər müəyyənləşdirilmişdir. Cənab İlham Əliyevin prezidentliyi illərində respublikamız qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir.
Bu gün həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Ən azı bu baxımdan ki, Azərbaycan özünün çoxminillik dövlətçilik tarixində heç zaman indiki kimi güclü, qüdrətli, özünəinamlı olmamışdır. Ümumilikdə yeni mərhələni daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Bu xüsusda müasir dövrün milli ideyasının Azərbaycan üçün nədən ibarət olduğu da tamamilə aydındır.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, məqsəd Azərbaycanda yaxın 2020-ci ilədək ümumi daxili məhsulun 2 dəfəyədək artımına, 2018-ci ilədək bütün sosial problemlərin həllinə nail olmaq, sistem islahatlarını başa çatdırmaqdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası məhz bu və digər məqsədlərin reallaşdırılması baxımından sosial-iqtisadi, siyasi və hüquqi platform rolunu oynayır. Belə bir mükəmməl sənədin hazırlanması və təsdiqi deməyə əsas verir ki, cənab İlham Əliyev xalqın gələcəyi ilə bağlı aydın baxışlara malikdir.
Dövlət başçısı ötən 11 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmiş, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Prezident İlham Əliyevin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında, beynəlxalq təşkilatların hesabatlarında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin reytinqi yüksək olaraq qalmaqdadır. "Rəy" Monitorinq Mərkəzinin bu günlərdə Bakıda keçirdiyi "omnibus" tipli ictimai rəy sorğusunun nəticələri göstərir ki, paytaxt əhalisinin əksəriyyəti dövlətimizin başçısını dəstəkləyir. Monitorinq mərkəzindən verilən məlumata görə, sorğu zamanı məlum olub ki, prezident seçkiləri gələn bazar günü keçirilsəydi, səsvermə məntəqələrinə gələcək respondentlərin əksəriyyəti (83 faiz) öz səsini hazırkı dövlət başçısına verərdi. Bakı sakinlərinin 65 faizi Azərbaycan Prezidenti vəzifəsində İlham Əliyevə alternativ görmür. Respondentlərin 82 faizi "İlham Əliyev sizin maraqlarınıza cavab verirmi" sualını müsbət qiymətləndirib. Rəyi soruşulanların 68 faizi isə ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünür. "Omnibus" tipli ictimai rəy sorğusu cari il oktyabrın 17-dən 21-dək keçirilib. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuya 18 yaşdan yuxarı 1300-ə yaxın sakin cəlb olunub. Sorğu nəticələrinin statistik nisbi xətası 3,4 faizdən çox deyil.
Xatırladaq ki, ötən il Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik "BizNewsAsia" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "İlin adamı" elan etmişdi. Jurnalın avqust buraxılışında "İlham Əliyev: İlin adamı", "Əliyev erası: Azərbaycanın qızıl dövrü", "Sosial təminatlar və yüksək maaşlar Azərbaycanda yoxsulluğu azaltmışdır", "İqtisadiyyatın şaxələndirilməsi yolları" və digər məqalələr dərc olunmuşdu.
Prezident İlham
Əliyev Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun
nəticəsinə görə də türk
dövlətləri, Orta Asiya
və Cənubi Qafqazda "10 ilin dövlət adamı" seçilmişdi.
"Ekovitrin" jurnalı tərəfindən keçirilən
rəy sorğusunda
270 min 992 respondent iştirak etmişdi. Jurnalda cənab İlham
Əliyevin Azərbaycan
Respublikasının Prezidenti
vəzifəsində səmərəli
fəaliyyəti, qazandığı
uğurlar barədə
ətraflı məlumat
verilmişdi. Qeyd edilmişdi
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə
inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən
birinə çevrilmişdir.
Nəşrdə dövlət başçısının
daxili və xarici siyasətinin uğurlu nəticələri
də geniş əks etdirilmişdi.
Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) İstanbulda
dünyanın 40 ölkəsindən
50-dən artıq universitetini
təmsil edən 170-dən
çox gənc və 10 minə yaxın tələbə arasında online sorğuda
da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
İƏT coğrafiyasında "İlin dövlət başçısı" seçilmişdi.
"İlin dövlət
başçısı" nominasiyasında iştirak
etmiş və
İƏT-nin 57 üzv
ölkəsi sırasından
seçilmiş dövlət
başçılarının namizədlikləri islam irsinə göstərilən
qayğı, İƏT ölkələri
arasında həmrəyliyin
möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi
inkişafı və beynəlxalq mövqelərinin
gücləndirilməsi sahəsində
fəaliyyətləri kimi
meyarlar üzrə qiymətləndirilmişdi. Dövlət başçısı bu nominasiyanın da qalibi olmuşdu.
Prezident İlham Əliyev ölkədə makroiqtisadi
inkişafı təmin
etməklə yanaşı,
Azərbaycan üçün
bir sıra taleyüklü məsələlərin
yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli
liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru
kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, vaxtilə bir çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa
çevrilərək Xəzərin
karbohidrogen ehtiyatlarının
dünya bazarlarına
daşınmasını təmin
etmişdir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin
əsas təminatçısı
qismində çıxış
etməsi danılmaz faktdır.
Dövlət başçısının dünya
siyasi arxitekturasının
tələblərinə maksimum
dərəcədə cavab
verən bu mütərəqqi inkişaf
konsepsiyası kifayət
qədər təkmil
səciyyə daşımaqla
inkişaf etmiş dünya dövlətlərinin
təcrübəsindən qaynaqlanır. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı deməyə əsas verir ki, respublikamız
yaxın gələcəkdə
bütün sahələrdə
dünyanın qabaqcıl
ölkələrindən birinə
çevriləcək. Ötən müddətdə Azərbaycan
cəmiyyətində qəti
olaraq belə rəy formalaşmışdır
ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prioritetlərin varisliyini uğurla təmin etmiş alternativsiz liderdir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
inkişaf strategiyasının
Prezident İlham Əliyev tərəfindən
yeni mərhələdə
uğurla davam etdirilməsi bu gün müstəqil Azərbaycanı regionun ən güclü və qüdrətli dövlətlərindən birinə
çevirmişdir. Bütün bunların
nəticəsi olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq
mərkəzi kimi tanınır.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 5 noyabr.- S.1.