Legatum Institute: Azərbaycan Cənubi Qafqazın ən firavan ölkəsidir
Britaniyanın məşhur “Legatum
Institute” analitik mərkəzi
2014-cü il üçün dünya ölkələrinin firavanlıq
reytinqini (2014 Prosperity Index) tərtib edib. Azərbaycan həmin reytinq siyahısında 79-cu yeri tutub.
Keçən il üzrə müvafiq göstəricilərlə müqayisədə
Azərbaycan reytinq cədvəlində iki pillə, son iki ildə isə 15 pillə irəliləyərək
2012-ci ildəki 94-cü yerdən
2014-cü ildə 79-cu yerə
qalxıb.
Bu, Cənubi Qafqaz
ölkələri arasında
ən uğurlu dəyişiklikdir. Belə ki, eyni dövrdə Ermənistanın
müvafiq göstəriciləri
cəmi 3 pillə, Gürcüstanın göstəriciləri
isə 13 pillə irəliləyib.
Ayrı-ayrı göstəricilərə gəlincə,
Azərbaycan iqtisadiyyatın
vəziyyətinə görə
65-ci və sahibkarlıq
fəaliyyəti imkanları
baxımından 67-ci yerə
qalxıb.
“Legatum Institute” ekspertləri
Azərbaycanda təhsilin
vəziyyətini ölkəmizin
reytinqi ilə müqayisədə bir qədər aşağı
qiymətləndirirlər: bu
göstərici üzrə
Azərbaycan dünyada
83-cü yeri tutur.
Azərbaycan təhlükəsizlik və
sosial kapital göstəriciləri üzrə
müvafiq olaraq 75-ci və 77-ci yerdədir. Aparılmış rəy sorğusu nəticəsində məlum
olmuşdur ki, respublikada vəziyyət sabitlik baxımından yaxşıdır. Belə
ki, “Keçən il siz hücuma
məruz qalmısınızmı”
sualına rəyi soruşulanların cəmi
0,6 faizi təsdiq cavabı verib (2010-cu il üçün orta statistik göstərici 7,5
faiz olub). Azərbaycanda “Gecə vaxtı tək gəzərkən özünüzü
təhlükəsiz hiss edirsinizmi”
sualına rəyi soruşulanların 73,1 faizi “bəli” cavabı verib (2013-cü il üçün orta statistik göstərici 61,5 faiz olub).
Azərbaycanda seçkilərin obyektivliyinə
əhalinin əminlik göstəriciləri də
yüksəkdir (orta statistik rəqəmlər
49,9 faiz olduğu halda, Azərbaycan üzrə bu göstərici 60,3 faizə bərabərdir).
Eyni sözləri əhalinin hökumətə
etimad səviyyəsi barədə də demək olar (orta statistik rəqəmlər 51,7 faiz olduğu halda, Azərbaycan üzrə bu göstərici 84,3 faizə
bərabərdir).
Bu indeksin əhatə etdiyi 142 dövlətin əhalisi dünya əhalisinin 96 faizini, bu ölkələr üzrə ümumi daxili məhsul isə dünya üzrə ÜDM-in 99 faizini
təşkil edir.
“Legatum” İnstitutunun hesabladığı tərəqqi
indeksi Britaniyadakı dünya ölkələrində
tərəqqi baxımından
qazanılmış nailiyyətləri
hesablayan “The Legatum
Institute” analitik mərkəzinin
kombinə edilmiş göstəricisidir.
Azərbaycan.-2014.-
5 noyabr.-
S.1.