2015-ci ilin dövlət
büdcəsi layihəsi parlament
komitələrinin
müzakirəsinə çıxarıldı
Dünəndən başlayaraq Milli Məclisdə 2015-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi başlanıb. Dövlət büdcəsi layihəsi parlamentin 5 komitəsinin - Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, Aqrar siyasət və Sosial siyasət komitələrinin birgə iclasında müzakirə edildi.
Ölkənin baş maliyyə sənədi sosial və
investisiya yönümlüdür
İclası aparan İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə öncə ölkənin ali maliyyə sənədi barədə fikirlərini söylədi. Bildirildi ki, hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq vaxtında büdcə zərfinə daxil olan sənədləri qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib. Onun sözlərinə görə, ölkəmizdə dövlət büdcəsi ildən-ilə daha da təkmilləşir. Büdcə layihəsinin əsaslandırılması səviyyəsi tamamilə qənaətbəxş hesab oluna bilər. Son on il ərzində Azərbaycanın dinamik inkişaf etdiyini söyləyən komitə sədri ölkədə qərarlaşmış, artıq səriştəli büdcə institutunun formalaşdığını vurğuladı. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən komitə sədri qeyd etdi ki, dünyada baş verən qlobal maliyyə böhranı şəraitindən Azərbaycan ən az itkilərlə çıxıb. Əhalinin sosial müdafiəsini xarakterizə edən göstəricilər, ümumi daxili məhsulun həcmi, büdcə gəlirləri parametrləri onu göstərir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdrilən bu siyasət Azərbaycanı firavan gələcəyə doğru aparır: “Ölkənin valyuta ehtiyatlari kifayət qədərdir. Ölkəmizin xarici borcu minimum səviyyədədir. Bu gün Azərbaycan sürətlə inkişaf edir və regionda lider dövlətdir. Müzakirəyə çıxarılan 2015-ci ilin dövlət büdcəsi layihəsi mövcud potensial imkanlar və qarşıya qoyulan vəzifələr baxımından optimal səviyyədədir. Ölkənin baş maliyyə sənədi sosial və investisiya yönümlülüyünü, maliyyə sabitliyini qoruyub saxlayır. Son 10 il ərzində respublikada ciddi dəyişikliklər baş verib. 2015-ci il üçün çox mükəmməl bir büdcə sənədi hazırlanıb”.
Qeyri-neft
sektorundan
büdcəyə 6 milyard
750 milyon manat gəlir gələcək
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov
gələn ilin dövlət büdcəsi
layihəsinin strukturu və əsas prioritetləri barədə
məlumat verdi.
Nazir bildirdi ki, 2015-ci il
üçün dövlət
büdcəsi xərclərinin
layihəsi “Büdcə
sistemi haqqında” qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri,
büdcədən maliyyələşən
və maliyyə yardımı alan təşkilatların real büdcə
sifarişləri və
gözlənilən büdcə
gəlirləri nəzərə
alınmaqla hazırlanıb.
Gələn ilin dövlət büdcəsi
layihəsinin xərcləri
Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin davam etdirilməsi və digər prioritet hədəflərə nail olunması
üçün maliyyə
təminatı yaradacaq.
O cümlədən iqtisadi
və sosial islahatlara dəstək olmaq, dövlətin müdafiə qabiliyyətini
gücləndirmək, iqtisadi,
ərzaq, ekoloji təhlükəsizliyi təmin
etmək, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin
yerinə yetirilməsinə,
qeyri-neft sektorunun inkişafına nail olmaq
2015-ci il və sonrakı üç ildə qarşıda duran vəzifələr sırasına
daxildir. Büdcə şəffaflığı məsələsinə toxunan
maliyyə naziri qeyd etdi ki,
artıq bir neçə ildir dövlət və icmal büdcələrinin
layihələri Azərbaycan
Respublikası Milli Məclisinə təqdim olunmazdan əvvəl Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində
yerləşdirilərək ictimai müzakirəyə
çıxarılır.
Samir Şərifov
bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətin hərtərəfli
inkişafına, xalqın
rifah halının yüksəldilməsinə yönəlmiş
sosial-iqtisadi inkişaf
kursu rəhbər tutulmaqla hazırlanmış
büdcə layihəsində
sosial məsələlərin,
aztəminatlı əhaliyə
dövlət dəstəyinin
prioritetliyi saxlanılıb. Maliyyə
naziri bildirdi ki, 2015-ci ilin dövlət büdcəsinin
gəlirləri ümumi
daxili məhsulun 35,5 faizi həcmində
olmaqla nominal ifadədə
19 mlrd. 438 mln.
manat, dövlət
büdcəsinin xərcləri
isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirləri
2014-cü ilin proqnozu ilə müqayisədə
1 mlrd. 54 mln. manat
və ya 5,7 faiz çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları
ilə müqayisədə
1 mlrd. 37 mln. manat
və yaxud 5,2 faiz artıqdır. Büdcənin gəlirlər hissəsinin
yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək.
Gələn il
ARDNF-dən dövlət
büdcəsinə 10 mlrd.
388 mln. manat vəsait ayrılması nəzərdə
tutulur.
2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7,112,0 milyon manat daxilolma
təmin edilməlidir
ki, bu da
cari ilin proqnozu ilə müqayisədə 10 milyon
manat çox deməkdir. Dövlət Gömrük Komitəsindən
dövlət büdcəsinə
1,590.0 milyon manat gəlir proqnozlaşdırılır.
Dövlət büdcəsinə sair daxilolmalar 48 milyon manat təşkil
edəcək. Növbəti ildə də büdcə təşkilatlarının
ödənişli xidmətlərindən
büdcəyə 300 milyon
manat səviyyəsində
gəlir proqnozlaşdırılır.
Gələn il
üçün bütövlükdə
dövlət büdcəsi
gəlirlərinin 6,750 mln.
manatı qeyri-neft sektoru üzrə daxilolmaların
payına düşəcək.
Büdcə gəlirləri
2014-cü ilin gözlənilən
göstəriciləri ilə
müqayisədə 5,7
faiz artacaq.
2015-ci ilin neft gəlirləri
xam neftin 1 bareli üçün
90 ABŞ dolları ilə
hesablanıb
Samir Şərifov vurğuladı
ki, 2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli
üçün 90,0
ABŞ dolları ilə
hesablanıb. 2015-ci ilin dövlət büdcəsində müdafiə
xərcləri 1 mlrd.
778,5 mln. manat proqnozlaşdırılır.
Bu da 2014-cü ilin proqnozu ilə müqayisədə 8,6 faiz çoxdur. Belə ki, 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd.
637,4 mln. manat təşkil
edib. 2015-ci ilin
dövlət büdcəsində
sosial ipotekanın tətbiqinin genişləndirilməsi
üçün İpoteka
Fonduna 50 mln. manat vəsait
nəzərdə tutulub.
Bu da 2014-cü illə müqayisədə
10 mln. manat
və yaxud 25 faiz çoxdur. 2015-ci ildə Azərbaycanın
xaricdə fəaliyyət
göstərən səfirliklər
və konsulluqlarına
58 milyon manat ayrılması nəzərdə
tutulur. Eyni zamanda Azərbaycanın
üzv olduğu beynəlxalq maliyyə təşkilatlarına, eləcə
də digər beynəlxalq qurumlara üzvlük haqqı üçün büdcədən
20 milyon manat vəsaitin ayrılması
gözlənilir.
2015-ci il dövlət
büdcəsinin kəsirinin
maliyyələşdirilməsi üçün 1 mlrd. 662 mln. manat vəsait nəzərdə tutulub ki, bu da
2014-cü illə müqayisədə
17,0 mln. manat
və ya 1 faiz azdır. Dövlət
büdcəsi kəsirinin
maliyyələşdirilməsi qiymətli kağızların
yerləşdirilməsindən, özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və dövlət büdcəsinin
vahid xəzinə hesabının qalığı
hesabına həyata keçiriləcək. 2015-ci il icmal
büdcəsinin gəlirləri
20 mlrd. 716,8 mln. manat,
xərcləri 25 mlrd.
911 mln. manat proqnozlaşdırılır.
Layihədə qeyd olunur ki, 2014-cü illə müqayisədə icmal büdcənin gəlirləri
1 mlrd. 269,1 mln. manat,
xərcləri isə
1 mlrd. 467,1 mln. manat
çox nəzərdə
tutulub.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri
3 mlrd. 56,3 mln. manat
proqnozlaşdırılır ki, bu da
2014-cü illə müqayisədə
127,8 mln. manat
və ya 4,4 faiz çox, 2013-cü ilin faktiki icra
göstəriciləri ilə
müqayisədə 468 mln.
manat və
ya 18,1 faiz çoxdur.
Gələn il inflyasiyanın
həddi 2,3 faiz həcmində olacaq
İqtisadiyyat və sənaye
nazirinin müavini Sevinc Həsənova isə dedi ki,
gələn il
də Azərbaycanda inflyasiyanın həddinin aşağı olması gözlənilir. Onun sözlərinə görə,
proqnozlara əsasən,
gələn il inflyasiyanın həddi 2,3 faiz həcmində
olacaq: “Gələn il investisiya qoyuluşunun da artımı nəzərdə
tutulur. Bu illə müqayisədə gələn
il investisiya
qoyuluşu 5 faiz də artacaq. Bununla da investisiya qoyuluşunun 25 mlrd. dollar olacağı proqnozlaşdırılır”.
Hesablama
Palatasının sədri
Vüqar Gülməmmədov
bildirdi ki, ölkədə uğurla
həyata keçirilən
sosial-iqtisadi siyasət
növbəti ildə
də iqtisadi artımın təmin edilməsinə, həmçinin
əldə edilmiş
iqtisadi nəticələrin
insan faktoruna yönəldilməsinə istiqamətlənib:
“Dövlət büdcəsinin
neft sektorundan gəlirlərinin artım
tempinin aşağı
düşməsi şəraitində
qeyri-neft sahələrindən
olan gəlirlərin müsbət dinamikasının
qorunması növbəti
ilin dövlət gəlirlərininin proqnozlaşmasında
prioritet istiqamət olaraq qəbul edilmişdir. Dövlət büdcəsinin qeyri-neft
gəlirlərinin ümumi
daxili məhsula faiz nisbətinin də sabit artım
meyilləri müşahidə
olunmaqdadır”.
Neftin qiymətinin aşağı
düşməsindən
narahat olmağa d əyməz
İclasda müzakirələr zamanı deputat Vahid Əhmədov bildirdi ki, 2013-2014-cü ildə vergi borcları 7 mlrd. manat təşkil edib. Ancaq 2015-ci ilin büdcəsində bu rəqəm 2 mlrd. manat göstərilir. Bu isə o deməkdir ki, Vergilər Nazirliyi tərəfindən büdcəyə əlavə olaraq 5 mlrd. manat vəsait köçürülüb. Deputat gələn il üçün dövlət büdcəsindən ipotekaya 50 milyon manatın ayrılmasını müsbət hal kimi qiymətləndirdi. Vahid Əhmədovun sözlərinə görə, 2012-ci ildə ipotekaya 20 milyon, 2014-cü ildə 40 milyon vəsait ayrılmışdısa, gələn il bu vəsaitin həcmi 10 milyon manat da artırılır. Deputat təkliflə çıxış edərək hökumət tərəfindən mənzil proqramının hazırlanmasının vacibliyini söylədi. Onun fikrincə, bu proqramın qəbulundan sonra Azərbaycanda mənzil probleminin həlli daha da asanlaşar. Deputat Hüseynbala Mirələmov isə Azərbaycanda fəaliyyət göstərən dövlət teatrlarının əlavə dəyər vergisindən və mənzil-kommunal xərclərindən azad olunmasının tərəfdarı kimi çıxış etdi. Deputatlardan Əli Məsimli, Zahid Oruc çıxış edərək sənədi sosialyönümlü layihə adlandırdılar.
Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov isə çıxış edərək bildirdi ki, son zamanlar neftin qiymətinin aşağı düşməsindən narahat olmağa dəyməz. Onun sözlərinə görə, bu cür hallar dünya təcrübəsində tez-tez müşahidə olunur: “Son dövrlər neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar dünyada 160-dan artıq layihə dayandırılıb. Vaxtilə 1998-99-cu illərdə də neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bir çox layihələr dayandırılmışdı. Ancaq hesab edirəm ki, bunlar müvəqqəti hallardır. Bundan narahatçılıq keçirməyə dəyməz. Bu gün neftin qiyməti düşübsə, sabah onun qiyməti yenə də 100-110 dollar, hətta ondan da artıq olacaq. Bizim də xeyli ehtiyatlarımız var. Əsas odur ki, ondan səmərəli şəkildə istifadə edə bilək”.
Qeyd edək ki, büdcə zərfinə daxil olan məsələlər bu gün Milli Məclisin daha 6 komitəsinin müzakirəsinə çıxarılacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 5 noyabr.- S.3.