«Yol hərəkəti
haqqında» Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 564; 2001, ¹ 5, maddə 298, ¹ 11, maddələr 676, 698; 2002, ¹ 1, maddə 9, ¹ 8, maddə 463; 2003, ¹ 8, maddə 424; 2004, ¹ 2, maddə 57, ¹ 11, maddə 901; 2005, ¹ 4, maddə 277, ¹ 10, maddə 874, ¹ 11, maddə 993; 2006, ¹ 12, maddə 1027; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddələr 1053, 1091; 2008, ¹ 2, maddə 49, ¹ 6, maddələr 453, 463, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 47, ¹ 4, maddə 210, ¹ 12, maddə 948; 2010, ¹ 7, maddə 598; 2011, ¹ 2, maddə 71, ¹ 4, maddə 255, ¹ 6, maddə 469, ¹ 12, maddə 1097; 2012, ¹ 5, maddə 402, ¹ 7, maddə 671; 2013, ¹ 4, maddələr 362, 363, ¹ 7, maddə 795, ¹ 11, maddələr 1295, 1298; 2014, ¹ 4, maddələr 343, 346, ¹ 5, maddə 467) aşağıdakı dəyişikliklər edilsin:
1. 27-ci maddəsinin XIII-I hissəsinin
birinci abzasında:
1.1. birinci cümlədə
"məlumatı" sözündən
sonra ", habelə bu Qanunun 27-ci maddəsinin VI-I hissəsində
nəzərdə tutulmuş
məlumatları" sözləri
əlavə edilsin;
1.2. ikinci cümlədə
"üç" sözü
"bir" sözü
ilə əvəz edilsin.
2. 50-ci maddədə:
2.1. III hissədə "seçməlidir
ki," sözlərindən
sonra "eyni zolaqda özündən"
sözləri əlavə
edilsin.
2.2. IV hissənin birinci cümləsində "sürücüləri"
sözündən sonra
"eyni zolaqda" sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
17 oktyabr 2014-cü il
Azərbaycan.-2014.-
6 noyabr.- S.1.