Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 7, maddə 797) aşağıdakı dəyişikliklər edilsin:
1. 15.3-cü maddədə "hallarda" sözündən sonra ", habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda" sözləri əlavə edilsin.
2. 21.1-ci və 21.2-ci maddələrdə "3" rəqəmi "10" rəqəmi ilə əvəz edilsin.
İlham ƏLİYEV.
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2014-cü il
Azərbaycan.-2014.- 6 noyabr.- S.2.