«Məşğulluq haqqında» Azərbaycan
Respublikasının
Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 522, ¹ 12, maddə 731; 2003, ¹ 1, maddə 16; 2007, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə 341, ¹ 7, maddə 602; 2010, ¹ 11, maddə 949; 2011, ¹ 2, maddə 71, ¹10, maddə 884) 14-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Mətni 14.1-ci maddə hesab edilsin və həmin maddədən "və fiziki" sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 14.2-ci maddə əlavə edilsin:
"14.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağandır.".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2014-cü il
Azərbaycan.-2014.- 6 noyabr.- S.2.