Gəncə Dövlət Tarix-Mədəniyyət
Qoruğu ərazisindəki
«İmamzadə»
kompleksində bərpa işlərinin aparılması
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Gəncə
Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki
"İmamzadə" kompleksində bərpa işlərinin başa
çatdırılması
üçün Azərbaycan Respublikasının 2014-cü il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə
Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon
manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 5 noyabr 2014-cü il
Azərbaycan.-2014.- 6 noyabr.- S.1.