«Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər
edilməsi haqqında» Azərbaycan Respublikasının
2014-cü il 17 oktyabr tarixli 1079-IVQD nömrəli Qanununun
tətbiqi və «Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan
Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli
Qanununun tətbiqi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli
938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1079-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə
qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası
qanunla
rının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının Miqrasiya
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında" Azərbaycan
Respublikasının 2013-cü il 2 iyul tarixli
713-IVQ nömrəli Qanununun
tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
8 iyul tarixli 938 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 7, maddə 803; Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 11 sentyabr
tarixli 270 nömrəli
Fərmanı) 5.1-ci bəndində
"8.4-cü," sözlərindən sonra "15.3-cü," sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 noyabr 2014-cü il
Azərbaycan.-2014.-
6 noyabr.-
S.1.