2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 7/43

 

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyası səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən  qərara alır:

1. 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində aşağıdakı şəxslər Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

 

Seyidov Tahir Tofiq oğlu

Ağayev Şakir Pünhan oğlu

Talıbov Malik Həkim oğlu

Ələkbərov Həbib Müzəffər oğlu

Bəbirov Namik Qədir oğlu

Cəfərov Hacağa Hacbala oğlu

Abdurzayev Elçin Cəbrayıl oğlu

Ələkbərov Rəfayıl Söyüdmalı oğlu

Xankişiyev Vüqar Əsgər oğlu

Fərzəliyev Həsrət Əhməd oğlu

Dadaşov Coşqun Dadaş oğlu

Abbasov Arif Sadıx oğlu

Rzayev Əli Allahverdi oğlu

Nəcəfova Mənsurə Qaçay qızı

Yusubov Niftalı Puta oğlu

Balakişiyev Tahir Oruc oğlu

Nağıyev Natiq Maiş oğlu

Məhərrəmova Turanə Arif qızı

Maxsudov Fəxrəddin Qulam oğlu

İsayev Vəli Əfqan oğlu

Rzayev Ramin Mirzə oğlu

Rüstəmov Teymur Semur oğlu

Manafov Elşən Mirzə oğlu

Camalov Salahəddin Mürsəl oğlu

Məstanov Kamal Əhməd oğlu

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

Əhədli Çingiz Yusif oğlu

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr              Məzahir Pənahov

Katib             Arifə Muxtarova

Katib             Mikayıl Rəhimov

 

05.11.2014

 

Azərbaycan. - 2014.- 6 noyabr.- S.5.