Takehiko Nakao: Azərbaycan ilə əməkdaşlıq Asiya İnkişaf Bankı üçün prioritetdir

 

Xəbər verdiyimiz kimi, Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao Bankın Rəhbərlər Şurasının 2015-ci ilin mayında Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq prosesinin gedişini müzakirə etmək üçün Azərbaycanda səfərdə olub. AİB-in prezidenti səfərinin yekunlarına dairAzərTAc-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Bu il Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın 15 illiyi tamam oldu. Siz bu əməkdaşlığın mövcud vəziyyətini perspektivlərini necə qiymətləndirirsiniz?

- Əvvəlcə Azərbaycanın son illərdəki nailiyyətlərini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Ölkənizin zəngin təbii sərvətləri var. Azərbaycan neft qaz hasilatından əldə etdiyi gəlirləri qeyri-neft sektorunun inkişafına səmərəli şəkildə yönəldir. Bir çox dünya ölkələri artıq Azərbaycanda mövcud olan səmərəli investisiya mühitindən yararlana bilirlər. Azərbaycanda təhsil, infrastruktur, səhiyyə digər sahələrdə uğurlu layihələr həyata keçirilir. Azərbaycan Hökumətini bu nailiyyətlər münasibətilə təbrik edirəm.

Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq çox uğurludur. Ötən 15 il ərzində Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana kredit qrant şəklində 1,7 milyard dollar məbləğində vəsait ayrılıb. Biz Azərbaycan ilə əməkdaşlığın hazırkı səviyyəsindən çox razıyıq. Əminəm ki, əməkdaşlığımız gələcəkdə yeni istiqamətlər üzrə daha da genişlənəcək. Azərbaycan Hökumətinin əlaqələrimizin inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Ölkənizdə adamlarının fəaliyyəti üçün əlverişli şərait var. Asiya şirkətləri bu şəraitdən maksimum istifadə etməyə çalışırlar. Bu, hər iki tərəf üçün çox faydalıdır.

- Nəqliyyat, alternativ enerji digər infrastruktur sahələri üzrə mühüm layihələrin həyata keçirilməsi Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın göstəricisidir. Bəs, iqtisadiyyatın daha hansı sahələrinə investisiya yatırmağı nəzərdə tutursunuz?

- Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır bu, strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Artıq bir çox ölkələr Azərbaycanın enerji sahəsindəki təcrübəsini öyrənir. Dövlət Neft Fondunun yaradılması gələcək nəslin ehtiyaclarını ödəmək makroiqtisadi sabitliyi təmin etmək baxımından çox faydalı addımlardan biridir.

Nəqliyyat, infrastruktur sahələrində uğurla əməkdaşlıq edirik. İşləyəcəyimiz digər mühüm sahələrdən biri ictimai özəl tərəfdaşlığın inkişaf etdirilməsi üzrə yolların araşdırılmasıdır. Əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz, həmçinin mövcud layihələrin uğurla reallaşdırılmasına çalışırıq.

- Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı 2015-ci ilin mayında Azərbaycanda keçiriləcək. Maraqlıdır, hansı amillərə görə məhz Azərbaycan seçildi? Toplantının sonunda Bankın fəaliyyətinə müsbət təsir göstərəcək hansısa yekun sənədin qəbul olunacağı gözlənilirmi?

- İlk növbədə, bu qərar bizim üçün Azərbaycan ilə tərəfdaşlığı daha da möhkəmləndirmək baxımından yaxşı imkandır. Bu, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun dəstəklənməsi üçün mühüm addımdır. Şura iclasının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ildə Asiya İnkişaf Bankının sərmayədarları tərəfindən qəbul edilib. Qərarı AİB-in üzvü olan 67 ölkənin rəsmiləri dəstəkləyib. 48-ci toplantı AİB-in Cənubi Qafqazda keçirəcəyi ilk illik tədbirdir. Beləliklə, Azərbaycan daha bir beynəlxalq ilkə imza atacaq. Təbii ki, toplantıda müzakirə ediləcək əsas mövzular yekunda ümumiləşdirilərək qərar formatında üzv ölkələrə təqdim olunacaq.

- 2014-cü il üçün maliyyə dövriyyəsinin həcmi nə qədərdir?

- Hər bir layihənin qəbul olunması və dəyərləndirilməsi müəyyən vaxt aparır. Azərbaycanın cənub və qərb bölgələrində yol infrastrukturunun yenidən qurulması üçün AİB vəsait ayırıb. Qeyd etdiyim kimi, AİB özəl sektora da vəsait ayırıb. Növbəti dörd il üçün maliyyə dövriyyəsinin həcmi təqribən 752 milyon dollar olacaq. Ölkədə həyata keçirilən TAP boru kəməri, “Cənub” qaz dəhlizi, “Şahdəniz-2” layihələri bölgənin və Avropanın enerji təhlükəsizliyinə daha böyük töhfələr verəcək. AİB bundan sonra da Azərbaycana sərmayə yatırmağa davam edəcək və bununla maliyyə dövriyyəsinin həcmi ildən-ilə daha da artacaq.

- Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) layihəsinin üzvüdür. Ölkəmizin bu proqramdakı rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan CAREC təşəbbüsünün əhəmiyyətli tərəfdaşlarına çevrilib. CAREC Cənub-Qərb, Qərbi Avropa - Qərbi Çin beynəlxalq nəqliyyat dəhlizləri kimi nəhəng layihələrin tərkib hissəsidir. Əminəm ki, Azərbaycan bundan sonra da CAREC təşəbbüsü çərçivəsində töhfələrini verməyə davam edəcək.

- Bazar iqtisadiyyatının inkişafında maliyyə resurslarından səmərəli istifadə təcrübəsi mühüm amildir. Asiya İnkişaf Bankının gündəliyində sahibkarlar arasında təcrübə mübadiləsi aparmaq, maliyyə resurslarından səmərəli istifadə mexanizmlərini təşviq etmək üçün treninqlərin, seminarların və konfransların keçirilməsi nəzərdə tutulurmu?

- Maliyyə resurslarının düzgün idarə edilməsi ilə bağlı tədbirlərin keçirilməsi bizim üçün olduqca önəmlidir. Təbii ki, zəngin neftqaz ehtiyatlarına malik olan Azərbaycan ilə əməkdaşlıqdan məmnunuq. Ümidvaram ki, bu əlaqələr inkişaf edəcək, gələcəkdə birgə həyata keçirəcəyimiz layihələr bizi daha da yaxınlaşdıracaq. Sahibkarlar üçün təlimlərin, seminarların təşkili məsələsini gündəlikdə saxlayacağıq.

AİB Ölkə Tərəfdaşlıq Strategiyasına uyğun olaraq Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və özəl sektorun inkişafına dəstəyini davam etdirəcək. Azərbaycan Hökuməti müasir dünyadakı çağırışları çox gözəl bilirbuna uyğun qabaqlayıcı addımlar atır. Azərbaycanın böyük inkişaf perspektivi var. Biz Azərbaycanda sahibkarlığın inkişafına hökumət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndiririk.

 

 

Anar Rzayev

AzərTAc-ın müxbiri

 

Azərbaycan. - 2014.- 6 noyabr.- S. 4.